Zelenski 3 sui-qəsd cəhdindən sağ çıxdı, çünki... - Rusiyalı səlahiyyətlilərdən Putinə xəyanət

Zelenski 3 sui-qəsd cəhdindən sağ çıxdı, çünki... - Rusiyalı səlahiyyətlilərdən Putinə xəyanət
Ukrayna Prezidenti Vladimir Zelenskinin bir həftədə üç dəfə sui-qəsd planından sağ çıxdığı iddia olunub.
 
Sfera.az bildirir ki, bu barədə ABŞ mətbuatında məlumat paylaşılıb. Yazıda vurğulanıb ki, Zelenski müharibə başlayandan bəri Rusiya prezidenti Vladimir Putinin bir nömrəli hədəfi olub və məqsəd onu devirmək, ya da öldürməklə yerinə başqa birini qoymaqdır. Ukrayna prezidentinin ötən həftə "Rusların bir nömrəli hədəfi mənəm, ikinci isə ailəmdir” açıqlaması bunu təsdiqləyib.

Sözügedən yazıya əsasən, Zelenskiyə müharibənin ilk həftəsində üç sui-qəsd cəhdi olsa da, Ukrayna hesabatında yer alan məlumata görə, iki müxtəlif separatçı muzdlu qrupların hazırladığı hücum planları puça çıxarılıb. Eyni zamanda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Nazirliyinin verdiyi açıqlamalarda "Biz bu barədə müharibədə iştirak etmək istəməyən Rusiya səlahiyyətlilərindən məlumat aldıq”, - deyə bildirib və Rusiya Federal Təhlükəsizlik Xidmətinə işarə edib.

Sui-qəsd cəhdlərindən birinin Rusiya tərəfindən dəstəklənən "Vaqner Qrupu”nun hazırladığı, digərinin rus əsilli çeçenlər tərəfindən həyata keçirildiyi vurğulanıb. Rusiyanın bu qruplara sui-qəsd planlarını həvalə etməsinin səbəbi isə, uğur qazanacağı təqdirdə məsuliyyəti öz üzərindən atmaqla bağlıdır. 
"Bir prezidenti öldürərək onu sıradan çıxarmaq böyük əməliyyatdır və diqqətlə planlaşdırılmalıdır. Belə bir vəziyyətdə ruslar sui-qəsd cəhdinin arxasında duran güc kimi görünməmək üçün mütləq əllərindən gələni etmək istəyəcəklər”, - deyə diplomatik mənbələrin şərhlərində qeyd olunub.

Kəşfiyyat məlumatlarına görə, hələ də paytaxt Kiyev ətrafında "Vaqner Qrupu”nun 400-dən çox üzvü var və onların 24 nəfərlik ölüm siyahısı mövcuddur. Bu siyahıda olan şəxslərin Ukraynanın yüksək səviyyəli dövlət məmurları olması da güclü ehtimallardan biridir.

Xatırladaq ki,  Rusiya hücumlarının ilk günündə ABŞ prezidenti Co Bayden Zelenski üçün təxliyə planını həyata keçirə biləcəklərini açıqladı. Lakin Ukrayna liderinin cavabı "Mənə evakuasiya deyil, silah və sursat lazımdır” oldu. O, həmçinin heç vaxt ölkəsini tərk etməyəcəyini, əsgərləri və xalqı ilə döyüşməyə davam edəcəyini bildirdi.

Günay Rəsulqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR