Amerikalı senatordan Putinə qarşı "Brutus"lu sui-qəsd PLANI

Amerikalı senatordan Putinə qarşı
Amerikalı senator Lindsey Qrahamın son açıqlaması sosial mediada səs-küyə səbəb olub.
 
Sfera.az bildirir ki, amerikalı siyasətçi Rusiya prezidenti Vladimir Putinə sui-qəsd edilməsi ilə bağlı çağırış edib. O, bu barədə düşüncələrini "Twitter” hesabında bölüşüb. 

"Rusiyada yaşayan kimsə bu adamı ortadan qaldırmalıdır. Ölkənizə və dünyaya böyük xidmət etmiş olarsınız”, deyən senator, Roma imperatoru Yuli Sezara xəyanət edən Brut və Adolf Hitlerə sui-qəsdə cəhd edən polkovnik Klaus fon Stauffenberqi nümunə göstərib. Lindsey fikirlərinə bu cür davam edib:

"Rusiyada bir Brutus yoxdurmu? Rus ordusunda uğurlu "polkovnik Ştauffenberq" yoxdurmu? Bunun sona çatmasının yeganə yolu bu adamın aradan götürülməsidir. Bunu isə sadəcə rus xalqı edə bilər. Demək asandır, etmək çətin. Amma ömrünüzün sonuna qədər qaranlıqda, bütün dünyadan yoxsulluq içində təcrid olunmuş vəziyyətdə yaşamaq istəmirsinizsə, o zaman hərəkətə keçməlisiniz”.

Daha sonra "FOX News” televiziyasının canlı yayımına qatılan Qraham burada da sui-qəsd çağırışını təkrarlayıb.

Günay Rəsulqızı
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz tel...

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə görünsü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...