Qarabağdakı sülhməramlılar geri çəkilir? – “Daha onlara ehtiyac olmayacaq…”

Qarabağdakı sülhməramlılar geri çəkilir? – “Daha onlara ehtiyac olmayacaq…”
Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın diqqətinin Qarabağdan yayınacağı və Cənubi Qafqazdakı proseslərə birbaşa müdaxilə etməyəcəyi ilə bağlı söyləntilər mövcuddur.

Bununla, həm də Qarabağdakı sülhməramlıların geri çağırılması məsələsi aktuallaşır.
 
Maraqlıdır, Rusiya-Ukrayna müharibəsi sülhməramlıların geri çağırılmasını tezləşdirə bilərmi?
 
Məsələ ətrafında Sfera.az-a danışan siyasi məsələlər üzrə ekspert Elman Vəliyev Rusiya-NATO müharibəsinin başlaması ilə sülhməramlıların geri çəkiləcəyini deyib:

"Qafqaz cəbhəsi Rusiya üçün çox önəmlidir. Rusiya illərdir Qafqaz ərazilərində mübarizə aparır və əsas səbəbi də enerji qaynaqları və isti sulara enməkdir. Əgər Rusiya Qərb, yoxsa Qafqaz seçimi qarşısında qalarsa, düşünürəm ki, Qafqazı seçər. Lakin Rusiyanın əvvəlki illərə nisbətən hazırda başı çox qarışıqdr. Belə ki, Putin bu proseslərə çox vaxt ayıra bilmir. Rusiyanın kifayət qədər ordusu var. Sülhməramlıların geri çəkilməsi o vaxtı ola bilər ki, Rusiya NATO ilə qanlı müharibəyə girsin və əsgər çatışmazlığı yaşasın. Vladimir Putin Çeçenistanda etirazçıları sakitləşdirdikdən sonra orada özünə bağlı bir hakimiyyət qurdu. Yəni lazım gəlsə, bu qüvvələrdən də tənzimləyici kimi istifadə edə bilər. Rusiyanın NATO ilə qanlı müharibəyə girmə kimi bir risk ehtimalı azdır”. 

Ekspert sülh sazişindən sonra sülhməramlılara ehtiyac qalmayacağını bildirib:

"Sülhməramlılar anlaşmaya əsasən, Qarabağda müddətləri başa çatana kimi qalacaq. Əsas məsələ ondan sonrasıdır. Vaxtı bitən sülhməramlılar gedəcək, ya yox? Hesab edirəm ki, o vaxta kimi konflikt tərəfləri arasında sülh sazişi əldə edilsə, sülhməramlılara ehtiyac qalmaz. Azərbaycan tərəfi də bu istiqamətdə müsbət addımlar atmaqdadır. Ermənistan Baş naziri Nikol Paşinyan da Azərbaycanla sülh bağlamağın tərəfdarı olduğunu bildirib”.

Əzizə Zeynal 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...