İranlı yazıçı "Kırmızı oda" serialını məhkəməyə verdi - İnanılmaz iddia

İranlı yazıçı
İranlı yazıçı Şahzadə N.İqual "Kırmızı oda” serialını məhkəməyə verib.
 
Sfera.az bildirir ki, buna səbəb serialda Melisa Aslı Pamukun canlandırdığı "İranlı Mitra”nın hekayəsi olub. 

Belə ki, yazıçı serialda bəhsi keçən hekayənin mahiyyətcə öz həyat hekayəsi olduğunu irəli sürüb. Nəticədə o, vəkili Şeyda Yıldırım vasitəsilə İstanbul Məhkəməsinə müraciət edərək serialın 35-ci seriyasından etibarən yayımlanan 8 hissəlik "İranlı Mitra"nın, digər adıyla Şəhrazadın hekayəsinin öz kitabından ("Tehranın Qırmızı Səsləri") götürüldüyünü deyib.

İddia çərçivəsində iranlı qadın "OGM Production and Media Services Inc.” və TV8 kanalı barədə də dava açıb. Serialın 35-ci seriyasından etibarən, 42-ci seriya da daxil olmaqla, Türkiyədə və xaricdə yayımının, televiziya, rəqəmsal mətbuat, kinoteatr, satış nöqtələri, çap reklam materialları, radio, internet kanalları, sosial media və digər elektron rabitə vasitələrində istifadəsinin dayandırılmasını tələb edib.

Yazar, həmçinin 100 min lirəlik maddi təzminatın, pozuntunun baş verdiyi tarixdən başlayaraq kommersiya avans faizi ilə birlikdə müttəhimlərdən alınmasını istəyib.

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR