Rusiya alıcı tapa bilmir – Neft bu qiymətə qədər bahalaşacaq

Rusiya alıcı tapa bilmir – Neft bu qiymətə qədər bahalaşacaq
Dünyanın ən böyük maliyyə qurumlarından olan ABŞ-nin "JPMorgan” bankı enerji bazarındakı vəziyyəti və Rusiyaya mümkün sanksiyaları nəzərə alaraq neft qiymətləri ilə bağlı proqnozunu bir qədər də bədbinləşdirib. 
 
Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, bank, Rusiyanın neft ixracına qarşı məhdudiyyətlərin güclənəcəyi təqdirdə, "Brent” neftinin qiymətinin 185 dollara qədər artacağını proqnozlaşdırır. 
 
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra neftin qiymətində sürətli artım müşahidə edilir. Müharibə başlayanda qiyməti 93 dollar olan "Brent” markalı neft martın 3-də 118 dollara qədər bahalaşmışdı. Hazırda "Brent” neftinin qiyməti 112 dollar olsa da qiymətlərin artıma meyilli olduğu görünür. 
 
"JPMorgan” analitiklərinin qiymətləndirməsində Rusiya neftinin 66 faizinə alıcı tapmaqda çətinlik çəkdiyi bildirilib. Analitiklər İran neftinin bazara sürətlə qayıda bilməyəcəyini fərz edərək, qısamüddətli perspektivdə təklif çatışmazlığının böyük olacağına diqqət çəkiblər. 
 
Oxşar qiymətləndirməni "Energy Aspects” konsaltinq şirkəti verib. Şirkət Rusiya neftinin 70 faizinin alıcı tapmaqda çətinlik çəkdiyini bildirib.
 
"Avropalıların əksəriyyəti Rusiya neftinə toxunmasa da, yalnız bir neçə neft emalı zavodu və investor hələ də bazarda ticarət edir. Lakin artan qorxu səviyyəsi və müharibə sığortası mükafatları əməliyyatları əhəmiyyətli dərəcədə çətinləşdirir", - deyə "Energy Aspects” şərhində bildirib. 

Vasif

OXŞAR XƏBƏRLƏR

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz tel...

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə görünsü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...