“Der Spiegel”dən Almaniyanın Ukraynaya göndərdiyi raketlərlə bağlı ŞOK İDDİA: "35 illikdir və istifadəyə yararsızdır"

“Der Spiegel”dən  Almaniyanın Ukraynaya göndərdiyi raketlərlə bağlı ŞOK İDDİA:
Rusiya-Ukrayna gərginliyi başlayandan bəri yanaşmasına görə tənqid hədəfinə çevrilən Almaniyanın son addımı müzakirə obyekti olub.
 
Sfera.az bildirir ki, yerli "Der Spiegel” jurnalında dərc olunan yazıda inanılmaz iddia irəli sürülüb. 

Jurnal baş verənlərdən sonra Rusiyaya sanksiya tətbiq edən ilk ölkələrdən biri olan Almaniyanın Ukraynaya hərbi yardımı artıracağına dar sözlərinin doğru olmadığını iddia edib. 2700 ədəd "Strela” tipli zenit-raket kompleksinin tədarükünə icazə verildiyini açıqlayan Almaniyanın yarardan çox zərər vuracağı bildirilib. 

Belə ki, jurnal Ukraynaya göndərilməsi planlaşdırılan Rusiya istehsalı olan "Strela” zenit raketlərinin 35 illik olduğunu və ilk yoxlamalar zamanı raketlərin işlək olmadığını yazıb. Yazıda sursatların atəş mexanizmlərinin oksidləşdiyi, raketlərdə çatların olduğu qeyd edilib. Bundan əlavə, zenit raketlərinin yerləşdiyi taxta yeşiklərin çürük olduğu və əsgərlərin qoruyucu vasitələrlə anbara daxil olmasına icazə verildiyi deyilib. Sovet istehsalı olan raketlər vaxtilə Almaniya Demokratik Respublikası (ADR) və ya Şərqi Almaniya adlanan Milli Xalq Ordusuna (NVA) aid idi. "Der Spiegel” yazıb ki, sözügedən raketlər məhz  bu səbəblərdən istifadə olunmayıb.



Avropa mediası isə xəbəri "Almaniya Ukraynaya kiflənmiş raketlər göndərir” başlığı ilə yayıb. Uzun müddət istifadə olunmayan və çürüyən raketlərin göndərilməsi "federal hökumət üçün böyük bir utanc" kimi xarakterizə edilib.

Qeyd edək ki, Almaniya daha əvvəl Ukraynaya min tank əleyhinə vasitə və 500 "Stinger” raketi göndərmək qərarına gəlmişdi. İndiyədək döyüş bölgələrinə öldürücü silah göndərməməyə üstünlük verən Berlin hökuməti Ukrayna ilə bağlı münasibətdə ciddi dəyişiklik etmişdi. 

İqtisadiyyat naziri Robert Habek Almaniyanın müharibənin tərəfi olmadığına diqqət çəkərək, Rusiyanın beynəlxalq hüququ açıq-aşkar pozduğunu və bu səbəbdən Ukraynaya hərbi dəstək verdiyini bəyan edib.
 

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR