Rusiya-Ukrayna müharibəsinin Kremlə vurduğu ZƏRƏR - Məbləğlər açıqlandı

Rusiya-Ukrayna müharibəsinin Kremlə vurduğu ZƏRƏR - Məbləğlər açıqlandı
Böyük Britaniyanın "İqtisadi Bərpa Mərkəzi”, baş ofisi Estoniyada yerləşən "Civitta” və ofisi Moskvada yerləşən "EasyBusiness” təşkilatları tərəfindən müharibənin Rusiya iqtisadiyyatına vurduğu zərərlərlə bağlı araşdırma aparılıb. 

Sfera.az aparılan araşdırmanın nəticələrinə istinadən xəbər verir ki, Ukrayna ilə müharibə Rusiyaya hər gün 20 milyard dollardan çox xərc və ya maliyyə itkisi yaradır. Bu məbləğə müharibədə məhv edilən texnika, eləcə də müharibədə insan tələfatına əsaslanan potensial, ümumi daxili məhsul istehsalındakı azalma daxildir.

Tədqiqatçılar bildirir ki, hesablamalara mühafizəkar yanaşılıb və bura sursat, yanacaq, ehtiyat hissələri və ya yaralı əsgərlərin təxliyəsi və müalicəsi ilə bağlı xərclər daxil deyil. 

Bundan başqa, Rusiya iqtisadiyyatının sahib olduğu aktivlərin dəyərinin itirməsi də nəzərə alınmayıb. Ekspertlər hesab edir ki, bu itki sonradan qiymətlərin artması ilə bərpa edilə bilər: "Rusiyalı milyarderlər də milyardlarla pul itirirlər. Putinin Ukraynanı işğal etməsindən sonra Rusiya birjaları çökdüyü üçün rus milyarderləri kollektiv şəkildə 83 milyard dollar itiriblər. Rusiya fond bazarlarında baş verən çöküş investorların ümumilikdə 189 milyard dollarlıq sərvətinə ziyan vurub. Bu sərvətin çox hissəsi səhm sahibliyi şəklində kağız üzərindədir və Rusiya səhmləri yenidən qalxarsa itkilər geri qaytarılacaq”.

Ekspertlər proqnozlaşdırır ki, Ukrayna müharibəsinin Rusiya üçün birbaşa və dolayı xərcləri çox yüksək olacaq. İxracdakı itkilər, rublun ucuzlaşmasına görə iqtisadiyyatda, əhalidə yaranan əlavə xərclər, ÜDM istehsalının azalması nəzərə alındığında ümumi itkilərin dəyəri 1,5 trilyon dolları ötəcək. 

Vasif

OXŞAR XƏBƏRLƏR

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz tel...

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə görünsü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...