2024-cü ilə hesablanan Putin-Bayden dueli - Hansı tərəf hakimiyyətini itirəcək?
"2024-cü ildə həm Rusiyada, həm də ABŞ-də növbəti prezident seçkiləri keçirilməlidir. Bu gün Ukrayna üzərində gedən ABŞ-Rusiya savaşı, əslində, həm də 2024-cü ilə hesablanmış Putin-Bayden duelidir”. Sfera.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü qeyd edib. Onun sözlərinə görə, Putin Ukraynada məğlub olarsa, bu, təkcə onun hakimiyyətdən uzaqlaşdırılmasıyla bitməyəcək, bütün Rusiyanın çöküşü demək olacaq: "Daxildə iğtişaşlar başlayacaq, Moskvanın qurduğu bloklar, ittifaqlar