“Yandex” müflis olur - Səhmdarlarından defolt riski barədə XƏBƏRDARLIQ

“Yandex” müflis olur - Səhmdarlarından defolt riski barədə XƏBƏRDARLIQ
Rusiyanın tanınmış texnologiya şirkəti olan "Yandex” müflis ola bilər. 
 
Sfera.az xəbər verir ki, bununla bağlı xəbərdarlığı şirkətin səhmdarları verib. 
 
Bildirilib ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra tətbiq edilən sanksiyaların mümkün təsirləri öyrənilib.
 
Şirkət xəbərdarlıq edib ki, qiymətli kağızların "Nasdaq”da ticarəti beş gündən artıq dayandırıldıqdan sonra sahiblər istiqrazlarının nominal və hesablanmış faizlə geri alınmasını tələb etmək hüququna malikdirlər. 
 
Burada söhbət 2025-ci ildə ödəmə müddəti bitən 1,25 milyard dollar dəyərindəki istiqrazlardan gedir. Bu istiqrazlar üzrə illik borclanma faizi 0,25%-dir. 
 
Şirkətin mesajından da belə çıxır ki, hazırda onun istiqrazları tam ödəmək üçün kifayət qədər vəsaiti yoxdur. "Yandex” xəbərdarlıq edir ki, istiqrazların nominal üzrə geri alınması qısa müddətdə şirkətin likvidlik mövqeyinə əhəmiyyətli təsir göstərə bilər və bu, şirkətin digər öhdəliklərini yerinə yetirmək qabiliyyətini zəiflədəcək. 
 
"Yandex” şirkəti 1997-ci ildən bəri dünya səviyyəli axtarış və məlumat xidmətləri təqdim edir. Bundan əlavə, şirkət dünya üzrə milyonlarla istehlakçı üçün bazarda aparıcı tələb olunan nəqliyyat xidmətləri, naviqasiya məhsulları və digər mobil proqramlar hazırlayır.
 
Vasif

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...