Rusiya 149 Ukrayna PUA-sını məhv etdi
Ötən gecə Rusiya hava hücumundan müdafiə vasitələri tərəfindən 149 ədəd Ukraynaya məxsus təyyarə tipli pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. "19 sentyabr saat 23:00-dan 20 sentyabr saat 06:00-dək hava hücumundan müdafiə qüvvələrinin növbətçi bölmələri tərəfindən ümumilikdə 149 ədəd Ukrayna PUA-sı məhv edilib. Onlardan 40-ı Rostov, 27-si Saratov, 18-i Bryansk, 15-i Samara, 12-si Krım, 8-i Volqoqrad, 4-ü Belqorod, 2-si