Rusiya niyə müsəlmanlardan çəkinir?

Rusiya niyə müsəlmanlardan çəkinir?
Kateqoriya məlum deyil
T

Rusiyada Kremlin əsas ideoloqlarından hesab edilən filosof Aleksandr Duqin bildirib ki, müsəlman miqrantlar Rusiyada qalmaq, vətəndaş olmaq istəyirsə, xristianlığı qəbul etməlidirlər. Bu açıqlama aşkar şəkildə göstərir ki, Rusiya müsəlman miqrantlardan qorxurlar, onların hesabına Rusiyada müsəlmanların sayının artmasından narahatdırlar. 

 

Rusiya niyə müsəlmanlardan çəkinir?  

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Asif Nərimanlı bildirib ki, Rusiyada müsəlmanların artması oradakı ideoloqları həmişə narahat edib. 

 

Onun sözlərinə görə, bəzən Kreml rəhbərliyi tərəfindən müsəlmanlara qarşı müsbət mesajlar verilsə də, Rusiya üçün bu, problemli məsələ olub:

 

“Müsəlman əhalinin artması Rusiyanı demoqrafik bir problemə gətirib çıxara bilər. Onlar bundan narahatdır. Burada bir neçə səbəb var. Belə ki, MDB məkanında 1990-cı illərdən etibarən müsəlman miqrantlar Rusiyaya axın edib, orada işləyiblər, artıq icmalaşma gedib. Rusiyanın özündə belə, xristianların İslam dininə yönəlməsi baş verir. Bu məsələlərin aradan qaldırılması üçün onlar müsəlman miqrantlara təzyiqlər edirlər ki, ölkədən çıxarsınlar. Bunu rus ideoloqlar müəyyən situasiyalarda edirlər. Rusiyada Ukrayna müharibəsindən sonra xüsusən də son 1 il ərzində miqrantların müharibəyə cəlb edilməsi ciddi problemə çevrilib. Bu həm cəmiyyətdə narazılıq yaradır, həm də görünür ki, rus ideoloqlar bundan istifadə edərən müsəlmanlar üzərində üstünlük əldə etmək istəyirlər”. 

 

Politoloq qeyd edib ki, Duqinin çağırışı qəribə görünsə də, bu, onların istəyindən irəli gəlir:

 

“Təbii ki, onlar müsəlmanların xristianlığı qəbul etməsində maraqlıdırlar. Bu onların əsas məqsədlərindən biridir. Onlar xritstianların sayını artırıb müsəlmanlar üzərində üstünlük qazanmasını istəyirlər. Düşünmürəm ki, hansısa vətəndaş sırf Rusiyadakı işini itirməmək üçün orada dinini dəyişsin”

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR