İran nümayəndə heyətinə Nyu-Yorkda qadağa qoyuldu

İran nümayəndə heyətinə Nyu-Yorkda qadağa qoyuldu
Kateqoriya məlum deyil
T

ABŞ səlahiyyətliləri Nyu-Yorka gələn İran nümayəndə heyətinə yeni məhdudiyyətlər qoyub, xüsusən də onlara lüks mağazalarda və topdansatış mağazalarında alış-veriş etməyi qadağan edib.

 

Sfera.az bildirir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqotun sözlərinə görə, bu addım İran rəhbərliyinə maksimum təzyiq siyasətinin tərkib hissəsidir.

 

"İranda din xadimləri xaricdə dəbdəbəli pul xərcləyir, ölkə əhalisi isə yoxsulluq, dağılan infrastruktur, su və elektrik çatışmazlığı ilə üzləşir", - Piqot deyib.

 

Nümayəndə heyətinin hərəkəti də məhdudlaşdırılıb: əvvəllər nümayəndələr BMT-nin binası, İran missiyası, səfirin iqamətgahı və Con Kennedi Beynəlxalq Hava Limanı arasında sərbəst hərəkət edə bilirdilər. İndi onların marşrutları xeyli məhdudlaşdırılıb.

 

"Amerikalıların təhlükəsizliyi bizim əsas prioritetimiz olaraq qalır",- Piqot əlavə edib.

 

Nazirlik nümayəndəsi qeyd edib ki, qərar birbaşa ABŞ dövlət katibi Marko Rubio tərəfindən verilib.

 

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR