CHP üçün kritik gün: Kamal Kılıçdaroğlu yenidən sədr olacaq?

Bu gün Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Halk Partiyası (CHP) üçün önəmli məhkəmə prosesi keçirilir.
Sfera.az xəbər verir ki, məhkəmədə 2023-cü ilin 4-5 noyabr taridlərində keçirilən 38-ci Qurultayın və 6 aprel 2025-ci ildə baş tutan 21-ci Fövqəladə Qurultayın nəticələrinin ləğvi tələbinə baxılır.
Proses Ankara 42-ci Asliye Hüquq Məhkəməsində başlayıb.
Məhkəmə öncəsi Dışkapı Ədliyyəsi qarşısında geniş təhlükəsizlik tədbirləri görülüb, çox sayda çevik polis qüvvəsi yerləşdirilib. Məhkəməyə media marağı da böyükdür.
Qeyd edək ki, məhkəmə prosesi CHP-nin 38-ci Qurultayında “səsverməyə hiylə qarışdırılması”, divan rəhbərliyinin tərəfsiz davranmaması və Siyasi Partiyalar Qanununa zidd hərəkətlər iddiaları səbəbilə başlanıb. Əgər məhkəmə iddianı haqlı hesab edərsə, Kamal Kılıçdaroğlu yenidən CHP sədrliyinə gətiriləcək.
Bəsti Rəfizadə
Sfera.az






