Ermənistanın təhlükəsizliyində yenilik - Ölkə “çoxluqdan asılılığa” keçid edir

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin təhlükəsizliyinin möhkəmlənməsi üçün yeni yanaşma təklif edib.
Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, o, bu barədə “Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025” beynəlxalq konfransında çıxışı zamanı bildirib.
“Biz reallığımız üçün fövqəladə həllər təklif edirik. Onlardan biri müstəqillik və təhlükəsizlik baxımından bir neçə nəfərdən asılılığı çoxluqda asılılıqla əvəz etməkdir”, - deyə Paşinyan vurğulayıb.
Baş nazirin sözlərinə görə, Ermənistanın sərhədlərin legitimliyi əsasında həyata keçirdiyi siyasət dövlətin uzunömürlülüyünü təmin edəcək.
“Sülh əsas təhlükəsizlik amilidir. Bizdə bu gün sülh var, lakin onu hər gün qorumaq lazımdır. Bu isə daimi institusionallaşma tələb edir”, - o əlavə edib.
Fidan Hacızadə
Sfera.az






