Logo

"2028-ci ildə milli gəlir 1,9 trilyon dollar olacaq, inflyasiya azalacaq" - Cevdet Yılmaz

"2028-ci ildə milli gəlir 1,9 trilyon dollar olacaq, inflyasiya azalacaq" - Cevdet Yılmaz
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Türkiyə hökuməti inflyasiyanın 2028-ci ilə qədər 8%-ə qədər azalacağını gözləyir".

Sfera.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz hökumətin 2026-2028-ci illər üçün orta müddətli iqtisadi proqramının təqdimat mərasimində deyib.

O qeyd edib ki, avqust ayında Türkiyədə illik inflyasiya 32,95%-ə qədər azalıb. İyun ayında isə inflyasiya 35,4% təşkil edib və ardıcıl 12 aydır ki, yavaşlayır .

“Biz inflyasiyanın 2025-ci ildə 28,5%-ə, 2026-cı ildə 16%-ə, 2027-ci ildə 9%-ə və 2028-ci ildə 8%-ə düşəcəyini gözləyirik və proqramın sonuna qədər bu rəqəm nəhayət, birrəqəmli səviyyəyə düşəcək”, - deyə C.Yılmaz bildirib.

Yılmaz əlavə edib ki, 2028-ci ildə milli gəlirin 1,9 trilyon dollar olacağı gözlənilir.

Məlumat üçün bildirək ki, Türkiyədə illik inflyasiya keçən ilin iyun ayından etibarən davamlı olaraq azalmaqdadır. May ayında 75,45% olan inflyasiya pik həddə çatıb, bundan sonra hər ay azalmağa başlayıb.

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR