Ruslar Çinə vizasız səfər edəcək

Ruslar Çinə vizasız səfər edəcək
Kateqoriya məlum deyil
T

Bazar ertəsindən etibarən adi xarici pasportu olan Rusiya vətəndaşı Çinə vizasız daxil ola və burada 30 günə qədər qala bilərlər.

 

Sfera.az “TASS”a istinadən xəbər verir ki, təşəbbüs sınaq xarakterli olacaq və 2026-cı il sentyabrın 14-dək qüvvədə qalacaq. 

 

Çin Konsulluğunun verdiyi açıqlamaya görə, vizasız giriş turizm, işgüzar səfərlər, qohum və dostlara baş çəkmə və tranziti əhatə edir. İş, təhsil və ya jurnalist fəaliyyətləri, eləcə də sürücülər, ekspeditorlar və daşıyıcılar üçün hələ də viza tələb olunacaq.

 

Rusiyanın Çindəki səfirliyi öz “Telegram” kanalında bir il ərzində Çində səfərlərin sayına və ya ümumi vaxta heç bir məhdudiyyətin olmadığını vurğulayıb:

 

"Pasportunuz Çini tərk etməyi planlaşdırdığınız tarixdən sonra ən azı altı ay etibarlı olmalıdır. Bununla belə, müstəsna humanitar hallarda daha qısa etibarlılıq müddəti ilə girişə icazə verilə bilər".

 

Yeni rejim bütün açıq keçid məntəqələrində tətbiq edilir və səyahətçilərə demək olar ki, bütün ölkəni kəşf etmək azadlığı verir. İstisnalar ənənəvi olaraq əcnəbilər üçün məhdudlaşdırılan Tibet kimi bölgələrdir.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR