İranın zənginləşdirilmiş uranı əlçatmaz yerdədir - Abbas Ərəkçi

Kateqoriya məlum deyil
T
İranın zənginləşdirilmiş uran ehtiyatı hücumlara məruz qalmış nüvə obyektlərinin altında qalıb və hazırda həmin yerə daxil olmaq mümkün deyil.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bunu İran Xarici işlər naziri Abbas Ərəkçi cümə axşamı bildirib.
Ərəkçi televiziyada verdiyi açıqlamada əlavə edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) həmin obyektləri yoxlayır.
Niyaz Hacıyev






