"Rusiya Ukraynanın NATO-ya üzvlüyünə qətiyyən razı deyil" - Putin

Rusiya Ukraynanın NATO-ya üzvlüyünə qətiyyən razı deyil.
Sfera.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında deyib.
“Çevriliş nəticəsində [Ukraynanın keçmiş prezidenti Viktor] Yanukoviç hakimiyyətdən uzaqlaşdırıldı. Ukraynanın NATO üzvlüyünə qarşı olan bir şəxs vəzifədən kənarlaşdırıldı... [Ölkədə] [Ukraynanın] NATO-ya üzvlüyünün tərəfdarı olan qüvvələr [ölkə] hakimiyyətə gətirildi və indi də onlar Ukraynanın NATO üzvlüyünə ümid bəsləməkdə davam edirlər. Biz [yəni, Rusiyanın] bu faktdan heç də razı deyilik. Bu kimi məsələlər Rusiyanın təhlükəsizliyinə nəzər salmadan həll olunmur”, - deyə Putin bildirib.
"Ukraynada mümkün hərbi kontingentlərə gəlincə... Əgər sülhə, uzunmüddətli sülhə gətirib çıxaracaq qərarlar qəbul edilərsə, o zaman mən onların Ukrayna ərazisində mövcudluğunun mənasını sadəcə olaraq görmürəm. Hamısı budur. Çünki bu müqavilələr imzalansa, Rusiyanın onları tam şəkildə yerinə yetirəcəyinə heç kim şübhə etmir", - Rusiya prezidenti qeyd edib.
Firuzə Əliyeva
Sfera.az






