Paşinyan: “Putinlə dialoqu yüksək qiymətləndirirəm”

Paşinyan: "Putinlə dialoqu yüksək qiymətləndirirəm"
Kateqoriya məlum deyil
T

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə dialoqu yüksək qiymətləndirdiyini bildirib.

 

Sfera.az bu barədə “İnterfaks” nəşrinə istinadən xəbər verir.

 

“Hörmətli rus tərəfdaşlarımızla şəxsi qarşılıqlı etimad münasibətlərimizdə həlledici əhəmiyyət daşıyır. Rusiya Federasiyasının prezidenti ilə dialoqumuzu çox yüksək qiymətləndirirəm. Bizim müzakirələrimiz çox konstruktivdir, çünki onlar açıq, dürüst və tərəfdaşlıq şəraitində aparılır”, – Paşinyan hakim “Mülki müqavilə” partiyasının qurultayı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

 

Baş nazir eyni zamanda jurnalistlərin Rusiyanın Ermənistana qarşı hibrid müharibə apardığına dair bəyanatlarla bağlı sualına cavab verib:


“Rusiyanın Ermənistana qarşı hibrid müharibə apardığını düşünən tərəfdaşlar var və bu tərəfdaşların müəyyən əsasları var. Təəssüf ki, bu məntiq bir sıra Rusiya telekanalları və ya ayrı-ayrı spikerlər tərəfindən işlənib. Lakin mən münasibətlərimizi bu prizmadan nəzərdən keçirmirəm”.

 

Xatırladaq ki, Paşinyan bir qədər əvvəl partiya qurultayındakı çıxışında Ermənistanın Rusiya ilə münasibətləri gücləndirmək yolunu seçdiyini də vurğulamışdı.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR