Paşinyandan etiraf: "Başqa çıxış yolumuz olmayıb"

Kateqoriya məlum deyil
T
Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa çıxış yolu olmayıb.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən “Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025” beynəlxalq konfransında çıxışı zamanı bildirib.
“Azərbaycanın ərazi bütövlüyünü 2022-ci ilin oktyabrında Ermənistanın ərazi bütövlüyünün tanınması müqabilində qəbul etdim. Başqa alternativ mövcud deyildi”, – deyə o vurğulayıb.
Baş nazir əlavə edib ki, Ermənistanın təhlükəsizlik legitimliyi 8 avqustda Vaşinqtonda paraflanan sülh sazişi ilə daha da güclənib.
Fidan Hacızadə
Sfera.az






