Bu, NATO ilə Rusiya arasında müharibə deməkdir - Medvedev

Ukrayna üzərində uçuşa qadağan zona yaradılarsa və NATO ölkələri burada Rusiya pilotsuz təyyarələrini vurarsa bu, Rusiya ilə NATO arasında müharibə deməkdir.
Sfera.az xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev səsləndirib.
O, Polşanın xarici işlər naziri Radoslav Sikorskinin Ukrayna ərazisinə girişlə bağlı bəyanatını şərh edərək “Telegram” kanalında yazıb:
“Kiyevin və onun tərəfdarlarının Ukrayna üzərində uçuşa qadağan zona yaratmaq ideyası, NATO ölkələrinin bizim pilotsuz təyyarələrimizi vurmasına icazə verilməsi yalnız bir nəticəyə gətirib çıxara bilər: NATO ilə Rusiya arasında müharibə”.
Medvedev Avropanın “Şərq keşikçisi” təşəbbüsünü də tənqid edərək bunun onu əyləndirdiyini bildirib.
O, Estoniyanın müdafiə naziri Hanno Pevkurun Ukraynaya səfərinə də münasibət bildirib:
“Estoniyanın müdafiə naziri Kiyevə gəlib və hədələyici açıqlamalar verir. Ölkə nə qədər kiçik olsa, liderləri bir o qədər aqressiv və düşüncəsiz olurlar”.
Firuzə Əliyeva
Sfera.az






