Himalayın "insan yeyən dağı"nda 5 nəfər ölüb: TƏFƏRRÜATLAR
Beş Rusiya vətəndaşı Himalay dağlarında 8167 metr yüksəklikdəki Dhaulagiri dağına qalxarkən həlak olub. Sfera.az bildirir ki, 5 nəfərin hamısının təcrübəli alpinist olmasına baxmayaraq, Dhaulagiri dağında uçuruma düşüblər. Onların hamısı bir qrup halında gediblər. Biri hündürlükdən yıxılıb və qalanını da özü ilə birlikdə çəkib. Qrupdakı ilk dörd nəfər 7420 metr hündürlüyə qalxanda düşərgə qurublar. Gecə daha ikisi gəlib. Oktyabrın 6-da Aleksandr Duşeyko, Oleq Kruqlov, Vladimir Çistikov, Mixail