Himalayın "insan yeyən dağı"nda 5 nəfər ölüb: TƏFƏRRÜATLAR

Himalayın "insan yeyən dağı"nda 5 nəfər ölüb: TƏFƏRRÜATLAR

Beş Rusiya vətəndaşı Himalay dağlarında 8167 metr yüksəklikdəki Dhaulagiri dağına qalxarkən həlak olub.

Sfera.az bildirir ki, 5 nəfərin hamısının təcrübəli alpinist olmasına baxmayaraq, Dhaulagiri dağında uçuruma düşüblər.
 

Onların hamısı bir qrup halında gediblər. Biri hündürlükdən yıxılıb və qalanını da özü ilə birlikdə çəkib.
 

Qrupdakı ilk dörd nəfər 7420 metr hündürlüyə qalxanda düşərgə qurublar. Gecə daha ikisi gəlib. Oktyabrın 6-da Aleksandr Duşeyko, Oleq Kruqlov, Vladimir Çistikov, Mixail Nosenko, Dmitri Şpilevoy, Valeri Şamalo səyahətlərini davam etdiriblər. Tezliklə sonuncu xəstələnərək düşərgəyə qayıtsa da, qalanları dırmaşmağa davam edib.
 

Bir müddət sonra onlarla əlaqə kəsilib. Bu səhər xilasedicilər vertolyotla dağın ətrafında uçaraq, yeganə sağ qalan şəxsi tapıblar. Qalanları uçuruma düşüb.

Ölənlərin cəsədlərini uçurumdan qaldırmaq mümkün olmadığı bildirilir. Helikopter demək olar ki, şaquli yamacda yerə enə bilmədiyi üçün xilasedicilər bucurqadla enməyə çalışacaqlar.
 

“Qar bəbiri” adı uğrunda oksigendən istifadə etmədən idman dırmaşması sentyabrın 1-də başlayıb və oktyabrın 5-də başa çatmalı idi. Səfərə başlamazdan əvvəl hər kəsin səhhəti yoxlanılıb, göstəricilər normal olub. Hər bir iştirakçı qalxmaq üçün təxminən üç min dollar ödəyib. Təlimatçılar Aleksandr Duşeyko və Valeri Şamalo olub. Birincisi beynəlxalq dərəcəli idman ustası, ikincisi idman ustalığına namizəddir.
 

“İnsan yeyən” Dhaulagiri dağı haqqında məlum olanlar
 

Dhaulagiri bir vaxtlar dünyanın ən hündür zirvəsi hesab olunurdu. Lakin indi Nepalda yerləşən Dhaulagiri 8167 metr hündürlüyü ilə dünyanın yeddinci ən yüksək dağı və ölkə daxilindəki ən yüksək dağdır. Onun ilk yüksəlişi 13 may 1960-cı ildə İsveçrə-Avstriya-Nepal ekspedisiyası tərəfindən həyata keçirilib. Dhaulagiri Nepalca “göz qamaşdıran zirvə" mənasını verir.

Dhaulagiri zirvəsinə indiyə qədər səkkiz min nəfər qalxıb. Onun digər marşrutları qeyri-mütənasib dərəcədə təhlükəli olduğundan, çıxanların əksəriyyəti ilk yüksəlişin baş verdiyi Şimal-şərq silsiləsinin marşrutu ilə gedir.
 

2007-ci ilə qədər 358 uğurlu dırmaşma və 58 ölüm hadisəsi baş verib, ölüm nisbəti 16,2% təşkil edir. Bu səbəbdən Dhaulagiri "insan yeyən dağ" ləqəbini alıb.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR