Bayden qasırğaya görə səfərlərini təxirə saldı
20:00 / 08.10.2024
7867
ABŞ Prezidenti Co Bayden “Milton” qasırğasının ABŞ-yə yaxınlaşması ilə əlaqədar oktyabrın 10-15-də Almaniya və Anqolaya planlaşdırılan səfərini təxirə salmaq qərarına gəlib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer açıqlama verib.
Qeyd edək ki, ABŞ lideri “Milton” qasırğası ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edilməsi haqqında Sərəncam imzalayıb.