Okeanın ortasında şişmə qayıqda 76 gün ac və susuz sağ qaldı - FOTO


Okeanın ortasında şişmə qayıqda 76 gün ac və susuz sağ qaldı - FOTO

Kanar adalarından Karib hövzəsinə müstəqil səyahətə çıxan amerikalı dənizçi Stiv Kallahan şişmə qayıqda 76 gün həyat mübarizəsi aparıb.

Sfera.az bildirir ki, Stiv Kallahan özü 6,5 metrlik “Napoleon Solo” qayığını dizayn edərək düzəldib və 1981-ci ildə dənizə çıxıb. Səyahətdən cəmi bir həftə sonra qayıq köpəkbalığı və ya balina olduğu güman edilən naməlum obyektlə qarşılaşıb və batmağa başlayıb.
 

“Napoleon Solo” batmağa başlayanda Stivin xilasetmə vasitələrini, o cümlədən salı götürməyə az vaxtı olub. O, şişmə salla qaça bilsə də, sahildən 1287 km aralıda dayanıb.
 

"Oyandım, su üstümə xışıltı ilə gəlirdi. Yüksəlməsinə baxanda anladım ki, gəmi sürətlə batır. Qayıq demək olar ki, tamamilə suya qərq olmuşdu, amma nəfəsimi tutub yenidən suyun altına batdım. Xatirimdədir, qəzəbli okeanla müqayisədə o qədər sakit görünən yerdə idim ki, sanki sulu məzara girirdim”.

Birdən Stiv Atlantikanın ortasında, sahildən təxminən 1287 km aralıda, məhdud qida və içki ehtiyatı ilə tək başına qalıb.

"Nizə ilə balıq tuturdum və bir neçə gün çıxan günəş hesabına su qaynadırdım. Təxminən 14-cü gün bir gəmi gördüm, məşəl yandırdım və fikirləşdim ki, məni görüblər. Ancaq o, sadəcə keçib getdi. 50-ci gündə artıq 10 gün idi ki, nasosun köməyi ilə salı suda saxlamağa çalışırdım. Onun bir hissəsi qırılandan sonra lap suyun dibində idim. Sonra qorxu güc gəldi, bir neçə saatdan sonra mən salı düzəltməyin yolunu tapdım. Bu, həyatımın ən böyük qələbəsi idi”.


76-cı gündə o, nəhayət, Mari Qalante adasının yaxınlığında balıqçılar tərəfindən görülüb, xilas edilib. O vaxta qədər Stiv artıq çəkisinin üçdə birini itirmişdi. Onun yenidən yeriyə bilməsi üçün altı həftə vaxt lazım olub.
 

"Orada kiminsə olduğuna inana bilmirdim. Sanki hisslərim elektrik dövrəsinə qoşulmuşdu, hamısı gücləndirilmişdi. Bütün rənglər çox parlaq və hər bir qoxu çox güclü idi. Bu, mənim üçün sadəcə gözəl idi. Sağ qalmağımda möcüzəvi bir şey yoxdur, bu, sadəcə olaraq yaşadığım bir hadisə idi” - deyə Stiv əlavə edib.

Hazırda 72 yaşlı Stiv öz təcrübəsi haqqında “Adrift: Seventy Six Days Lost at Sea” (Adrift: Dənizdə keçən yetmiş altı gün”) adlı kitab yazıb.

 

Aynil

Sfera.az


 


OXŞAR XƏBƏRLƏR