ABŞ Ukraynaya yeni yardım paketi ayıracaq


ABŞ Ukraynaya yeni yardım paketi ayıracaq

ABŞ bu həftə Ukraynaya yeni yardım paketini açıqlayacaq.
 

Sfera.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Emili Simons bildirib.
 

“Biz hələ də Ramstein ilə qarşılıqlı əlaqəmizin necə inkişaf edəcəyini müzakirə edirik. Ukraynanı dəstəkləmək öhdəliyimiz bu prosesin kritik hissəsidir, hərbi və maliyyə dəstəyi ilə bağlı yeni tədbirlərin elan edilməsi də daxil olmaqla, dəyişməz olaraq qalır”, - deyə Simons vurğulayıb.
 

Bu bəyanat ABŞ prezidenti Co Baydenin Federal Kansler Olaf Şolzla danışıqlar aparmaq üçün Almaniyaya gəlməkdən imtina etməsi fonunda verilib. Səfərin ləğv edilməsinə səbəb kimi ABŞ-yə yaxınlaşan Milton qasırğası ilə bağlı risklərin olduğu bildirilib.

İnci

Sfera.az


OXŞAR XƏBƏRLƏR