Məşhur müğənni övladının cəsədini 2 ay evində saxlayıb - FOTO
Mərhum müğənni və aktrisa Liza Mari Preslinin "From Here to the Great Unknown" adlı xatirə kitabı onun qızı, aktrisa Daniella Rilay Keo tərəfindən işıq üzü görüb. Kitabda Elvis Preslinin qızı oğlu Benjamin Storm Keoun itkisi ilə bağlı kədərindən danışıb.
Sfera.az bildirir ki, əfsanəvi müğənninin qızı 2023-cü ildə dünyasını dəyişib. Liza Mari Preslinin xatirələrini bitirməyə vaxtı olmayıb, onu Rilay Keo tamamlayıb.
2023-cü ilin yanvarında 54 yaşında ürək tutmasından vəfat edən Liza Mari həyatı ilə bağlı şok təfərrüatları açıqlayıb. O, oğlu Benjaminlə dərhal vidalaşmadığını bildirib. Buna səbəb oğlunu Havay, yaxud atası Elvisin dəfn olunduğu Memfis malikanəsində, Qreyslenddə dəfn etməyə qərar verə bilməməsi olub. Ölümündən sonra iki ay ərzində o, oğlunun cəsədini evdə, temperaturu 12,7 dərəcə olan xüsusi təchiz olunmuş otaqda saxlayıb.
"Evimdə xüsusi yataq otağım var və Beni iki ay orada saxladım. Kaliforniya ştatında kimisə dərhal dəfn etməyi tələb edən qanun yoxdur. Mən çox həssas bir dəfn evinin sahibi tapdım... O: “Biz sizə Ben gətirəcəyik” dedi” - Liza Mari yazıb.
Rayli və Liza Mari Benjaminin adının döyməsini çəkdirməklə onun xatirəsini ehtiramla yad etməyə qərar veriblər. Üstəlik, onlar mərhumun bədəninə xüsusi döymələr: körpücük sümüyünə bacının adını, əlində isə anasının adını yazmaq qərarına gəliblər
Bu məqsədlə evə döymə ustası dəvət olunub.
Öz növbəsində, Liza Mari bunun qəribə olduğunu bilirdi.
Rayli qeyd edib ki, tatuajlar vurulandan az sonra hamı Benjaminin dəfn olunmaq istədiyini hiss edib. Ailə Benjaminin dəfn mərasimini Malibuda Qreyslenddə məşhur babası Elvisin yanında keçirib. Liza Mari də daha sonra burada dəfn edilib.
Qeyd edək ki, Benjamin intihar edib. O, özünü ov tüfəngi ilə vurub. Elvis Preslinin 27 yaşlı nəvəsinin cəsədi onun Kalabasasdakı evinin hamamında tapılıb. Benjaminin psixi sağlamlıq problemləri olub və uzun illər alkoqolizmlə mübarizə aparıb.
Aysel
Sfera.az