Stubb: Rusiya NATO və Finlandiya üçün təhlükə yaradır
Finlandiya Prezidenti Aleksandr Stubb NATO-nun baş katibi Mark Rutte ilə görüşündən sonra bildirib ki, Rusiya Finlandiya və NATO ölkələri üçün təhlükədir.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Rusiyanı birbaşa təhlükə adlandırıb.
Stubb deyib: “Rusiya alyans və Finlandiya üçün ən birbaşa və əhəmiyyətli təhlükə olaraq qalır".
Rusiya tərəfi bundan öncə bəyan edib ki, Şimali Atlantika Alyansı ilə birbaşa hərbi münaqişəyə girmək niyyətində deyil.
Finlandiya 4 aprel 2023-cü ildə NATO-ya üzv olan 31-ci ölkə olub. Rusiya Prezidenti Vladimd Putin deyib ki , Finlandiya və İsveç arasında ittifaqa qoşulmaq mənasız bir addım olub və Rusiya qoşunları və silahları sonradan Finlandiya ilə Rusiya Federasiyası sərhədi yaxınlığında görünə bilər.
İnci
sfera.az