Logo

Prabovo Subianto dinlənilib - Araşdırma başladıldı

Prabovo Subianto dinlənilib - Araşdırma başladıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İndoneziyada Prezident Prabovo Subiantonun və bir sıra yüksəkvəzifəli dövlət rəsmilərinin qanunsuz dinlənilməsi ilə bağlı araşdırma başlanıb. Hadisə ölkədə ciddi müzakirələrə səbəb olub. Hüquq-mühafizə orqanları məsələni dövlətə xəyanət və hakimiyyəti devirməyə yönəlmiş mümkün sui-qəsd əlamətləri baxımından da araşdırır.

Sfera.az Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İndoneziya Milli Polisinin rəhbəri Suyudi Ario Seto paytaxt Cakartada parlament komissiyasının iclasında məsələ ilə bağlı açıqlama verib.

O bildirib ki, prezidentin və digər yüksəkvəzifəli şəxslərin qanunsuz dinlənilməsi iddiaları əsasında cinayət araşdırması aparılır. İstintaq çərçivəsində qanunsuz dinləmə, elektron sistemlərə icazəsiz giriş və rəqəmsal sübutların məhv edilməsi halları araşdırılır.

Polis rəhbərinin sözlərinə görə, araşdırma zamanı dövlətə xəyanət məqsədilə mümkün əlbirlik və hökumətin devrilməsinə yönəlmiş fəaliyyət ehtimalı da nəzərdən keçirilir.

Suyudi vurğulayıb ki, istintaqın əsas məqsədi dinləmə fəaliyyətinin kimlərin göstərişi ilə həyata keçirildiyini və bunun arxasında hansı motivlərin dayandığını müəyyənləşdirməkdir. Bu məqsədlə hadisədən məlumatlı olduğu ehtimal edilən şəxslər dindirilir, onların vəzifə səlahiyyətləri və fəaliyyəti yoxlanılır.

Məlumata əsasən, hadisə ilə əlaqədar dörd yüksəkvəzifəli polis əməkdaşı şübhəli şəxs qismində müəyyən edilib. İddialara görə, qanunsuz dinləmələrin hədəfləri arasında prezidentlə yanaşı, hökumət üzvləri, deputatlar, siyasi xadimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları, fəallar və jurnalistlər də olub.

İndoneziya parlamentinin III Komissiyasının sədri Habiburokhman hadisənin dövlət təhlükəsizliyi baxımından ciddi araşdırılmasının vacibliyini bildirib.

Qeyd edək ki, qanunsuz dinləmə iddiaları ilə bağlı araşdırma davam edir. Hakimiyyəti devirməyə yönəlmiş mümkün fəaliyyət barədə iddiaların təsdiqlənməsi üçün əlavə sübutların toplanmasına ehtiyac olduğu vurğulanıb.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR