Aİ Rusiyaya qarşı sanksiyaların müddətini bu tarixədək UZATDI

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini bu tarixədək UZATDI

Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları 9 oktyabr 2025-ci ilə qədər qüvvədə qalacaq.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Aİ-nin bəzi mexanizmləri bir il müddətinə təsdiq edilsə də, Aİ-də Rusiyaya qarşı əsas sanksiya tədbirləri hər altı aydan bir yenidən nəzərdən keçirilir.

 

Məlumata görə, bu müddət üç ilə qədər uzadıla bilər.

 

Qeyd edək ki, oktyabrın 8-də Aİ Şurası Rusiyanın xaricdəki müəyyən sabitliyi pozan fəaliyyətləri ilə mübarizə aparmağa yönəlmiş yeni məhdudlaşdırıcı tədbirlər mexanizmini qəbul edib. “Hibrid fəaliyyətlər” və “müdaxilə” kimi qiymətləndirilənlərə dair qərarlar yalnız Aİ üzvlərinin və ya onun xarici siyasət xidmətinin təklifi əsasında Aİ Şurası tərəfindən qəbul ediləcək.

 

Öz növbəsində, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell yeni sanksiyalar mexanizminin təsdiqi ilə bağlı ayrıca bəyanat yayıb və burada Brüsselin Rusiyanı ittiham etdiyi “hibrid təhdidlərin” siyahısını təqdim edib. Borrell həmçinin hesab edir ki, Rusiya peyk rabitəsini və Avropa hava məkanını pozmağa, Aİ ərazisində fiziki şəxslərə qarşı fiziki hücumlar həyata keçirməyə davam edir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

ABŞ yeni uzaqmənzilli raketləri SINAQDAN KEÇİRDİ - Daha uzağı vuracaq

ABŞ ordusu üçün iki uzaqmənzilli raket sınaqdan keçirilib.   Sfera.az bildirir ki, bu barədə Pentaqon məlumat yayıb. Qeyd olunub ki, xüsusilə &ldquo...

“SOCAR Türkiyə”nin gələn il üçün hədəfləri müzakirə edildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Türkiyə” şirkətinin gələn il üçün hədəfləri və nəzərdə tutulan layihələr müzakirə edi...

Göygöldə TIR sürücüsü olan Türkiyə vətəndaşı ÖLDÜ

Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı olan sürücü vəfat edib.   Sfera.az-ın məlumatına görə, Bakı-Qazax magistral yolunun Göygöl rayonu əraz...

Leyla Əliyeva Keniya Prezidenti ilə GÖRÜŞDÜ - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nayrobi şəhərində Keniya Prezidenti Uilyam Samoei Ruto ilə görüşüb.   Sfera.az xəbər verir...

Xalq artisti Ofeliya Sənani palataya köçürüldü

Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsində müalicə alan Xalq artisti Ofeliya Sənani palataya köçürülüb.   Sfera.az xəbər verir ki, bu barədə AP...

Şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkdi - SƏBƏB

Son bir ayda Azərbaycanda şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkib.   Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eld...