MDB ölkələri süni intellekt sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər


MDB ölkələri süni intellekt sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər

MDB-yə üzv dövlətlərin Dövlət Başçıları Şurasının iclası bir sıra sənədlərin imzalanması, o cümlədən mülki məqsədlər üçün süni intellektin inkişafı sahəsində əməkdaşlığın inkişafına dair qərarın təsdiqi ilə başa çatıb.
 

Sfera.az xəbər verir ki, sammit zamanı iştirakçılar həmçinin MDB-yə sədrlik, 2025-2027-ci illərdə Birliyin mədəniyyət paytaxtları, şəxslərin dövlətlərarası axtarışı haqqında sazişin yenilənməsi və MDB-nin Terrorla Mübarizə Komitəsinin rəhbəri haqqında razılığa gəliblər.
 

MDB-nin Əmək Şöhrəti Şəhəri adının təsis edilməsi və Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə əlaqədar Birliyə üzv dövlətlərin müraciəti üzrə də qərarlar qəbul edilib.

İnci
sfera.az


OXŞAR XƏBƏRLƏR