ABŞ “Google”ni bölməyi düşünür - Axtarış bazarında inhisarçılıq dərinləşir

ABŞ “Google”ni bölməyi düşünür - Axtarış bazarında inhisarçılıq dərinləşir

ABŞ Ədliyyə Departamenti texnologiya nəhəngi “Google”nin bölünməsi üçün federal hakimə müraciət edib.

 

Sfera.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Ədliyyə Departamenti onlayn axtarış bazarında yaranan inhisarı aradan qaldırmaq üçün “Google”nin biznesinin bir hissəsini satmağa məcbur etməyi xahiş edib.

 

Ədliyyə qurumları hesab edir ki, “Google”nin uzun müddət ən populyar paylama kanallarına nəzarət etməsi həm rəqabəti zəiflədir, həm də gələcəkdə təhlükəsizlik üçün bəzi rikslər yaradır. Qurumlar əsas riskin nəzarətlə bağlı yarana biləcəyini düşünür. Axtarış biznesinə fayda gətirmək üçün ədliyyə qurumu “Google”nin “Chrome” brauzeri, “Android” əməliyyat sistemi, süni intellekt məhsulları və ya tətbiq mağazası kimi məhsullardan istifadə etməsinə mane gətirilməsini təklif edib.

 

Xatırladaq ki, bir müddət öncə ABŞ məhkəməsi “Google”ni fəaliyyət göstərdiyi sahədə rəqabəti boğmaqda günahlandırıb. ABŞ antiinhisar qanunlarına görə, məhkəmələrin bu cür qərarlarının icrası tezliklə mümkün olmur.

 

Ekspertlər deyir ki, əgər məhkəmə “Google”nin parçalanmasına dair qərar qəbul edərsə, onun icrası ən azı 5 ildən sonra mümkün olacaq.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

ABŞ yeni raketləri SINAQDAN KEÇİRDİ - Daha uzağı vuracaq

ABŞ ordusu üçün iki uzaqmənzilli raket sınaqdan keçirilib.   Sfera.az bildirir ki, bu barədə Pentaqon məlumat yayıb. Qeyd olunub ki, xüsusilə &ldquo...

“SOCAR Türkiyə”nin gələn il üçün hədəfləri müzakirə edildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Türkiyə” şirkətinin gələn il üçün hədəfləri və nəzərdə tutulan layihələr müzakirə edi...

Göygöldə TIR sürücüsü olan Türkiyə vətəndaşı ÖLDÜ

Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı olan sürücü vəfat edib.   Sfera.az-ın məlumatına görə, Bakı-Qazax magistral yolunun Göygöl rayonu əraz...

Leyla Əliyeva Keniya Prezidenti ilə GÖRÜŞDÜ - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nayrobi şəhərində Keniya Prezidenti Uilyam Samoei Ruto ilə görüşüb.   Sfera.az xəbər verir...

Xalq artisti Ofeliya Sənani palataya köçürüldü

Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsində müalicə alan Xalq artisti Ofeliya Sənani palataya köçürülüb.   Sfera.az xəbər verir ki, bu barədə AP...

Şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkdi - SƏBƏB

Son bir ayda Azərbaycanda şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkib.   Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eld...