neft
ABŞ-də seçkilər neft bazarını silkələdi: Hansı risklər olacaq?
ABŞ-də keçirilən aralıq seçkilərdən sonra dünya bazarında neft qiymətlərinin sürətlə aşağı düşməsi diqqət çəkdi. Oktyabrın 30-da təxminən 117 dollar olan “Brent” markalı neftin bir barelinin qiyməti noyabrın 4-də 94-95 dollaradək geriləyib. Bir neçə gün ərzində qeydə alınan təxminən 20 dollarlıq ucuzlaşma qlobal enerji bazarında ciddi dəyişikliklərə səbəb olub. Qiymətlərin enməsində ABŞ-də seçkilərin nəticələri, Vaşinqtonun İrana münasibətdə gələcək siyasəti və Yaxın Şərqdə hərbi gərginliyin
İqtisadiyyat06.11.2026 11:15
Neftimiz ucuzlaşdı
Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb. Sfera.az xəbər verir ki, Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 6.64 ABŞ dolları və ya 5.85% azalaraq bir barel üçün 106.81 ABŞ dollarına enib. Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
İqtisadiyyat05.11.2026 09:49
Hörmüz boğazında gərginlik: İki neft tankeri partladı
Hörmüz boğazında iki neft tankerinin dəniz minalarına düşərək partladığı iddia olunur. Sfera.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun məlumatına görə, tankerlər icazəsiz marşrutla boğazdan keçməyə çalışıblar. Gəmilərdən birinin supertanker olduğu, partlayışdan sonra yanğın baş verdiyi və hər iki tankerin hərəkət qabiliyyətini itirdiyi bildirilir. Bundan əvvəl Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Hörmüz boğazında hərəkət edən bir gəminin naməlum sursatla
Dünya02.11.2026 12:52
Bahalı neft və inflyasiya: Qızılı dəyərdən salır
Qızılın qiyməti yenidən 4 min dollardan aşağı düşüb. Sfera.az xəbər verir ki, bu gün birjalar açılanda qızılın bir troya unsiyasının (31,1 qram) dəyəri 3988 dollara enib. Xatırladaq ki, qızılın dəyəri son 1 ildə bir neçə dəfə 4 min dollardan aşağı düşüb. Lakin qiymət qısa müddət sonra yenidən artaraq 4 min dolların üzərinə çıxıb. Bu dəfə qiymətlərin tezliklə 4 min dolların üzərinə çıxacağı az ehtimal edilir. Ekspertlər bildirir ki, artan neft qiymətləri dünyada, o cümlədən ABŞ-də inflyasiya
İqtisadiyyat30.10.2026 10:57
Qlobal yanacaq bazarında qıtlıq var - Ehtiyatlar azalıb
Dünyada neft məhsulları tədarükündəki zəiflik 2027-ci ilə qədər davam edəcək. Sfera.az xəbər verir ki, belə bir proqnozu ABŞ-nin “Goldman Sachs” bankı verib. Bank qeyd edir ki, Asiyada, xüsusilə dizel və reaktiv mühərrik yanacağı (aviayanacaq) üzrə əsas tədarükçülər hesab olunan Hindistan və Cənubi Koreyada profilaktik təmir işlərinin artması 2027-ci ilin ikinci rübündə məhsul ixracının azalmasına səbəb ola bilər. Dünyanın əsas qovşaqlarında yanacaq ehtiyatları aşağı səviyyədə qalmaqda davam
İqtisadiyyat26.10.2026 11:47
Neft Fondunun ehtiyatlarında cüzi dəyişiklik: Artımı ləngidən nədir?
Dövlət Neft Fondu (Fond) ehtiyatlardakı dəyişikliklərlə bağlı son statistik məlumatları açıqlayıb. Sfera.az xəbər verir ki, açıqlanan məlumatlara əsasən, 2026-cı ilin ilk 9 ayı (yanvar-sentyabr) ərzində Fondun ehtiyatlarının həcmi cəmi 463 milyon dollar və ya 0,63 faiz artıb. İlin əvvəlində 73,541 milyard dollar olan ehtiyatların həcmi 9 ayın sonunda 74 milyard dollara çatıb. Bəs neftin və qazın qiymətinin yüksək olmasına baxmayaraq ehtiyatların cüzi artmasının səbəbi nədir? Ehtiyatlardakı
İqtisadiyyat20.10.2026 12:28
Neft 65 dollardan aşağı düşsə, Azərbaycanı nə gözləyir?
Neftin qiymətindəki dəyişikliklər Azərbaycanın dövlət gəlirlərinə və strateji ehtiyatlarına birbaşa təsir göstərən əsas amillərdəndir. Dünya bazarında neftin bahalaşması ölkənin gəlirlərini artırmaq və Dövlət Neft Fondunun aktivlərini genişləndirmək üçün imkan yaradırsa, qiymətlərin proqnozlaşdırılandan aşağı düşməsi büdcə balansına təzyiq göstərə bilər. Sfera.az xəbər verir ki, Maliyyə Nazirliyinin 2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində neftin qiymətinin baza
İqtisadiyyat16.10.2026 18:42
"Bu məhsullarda qiymət təzyiqi hiss oluna bilər"
Fars körfəzindən neft tədarükünün azalması qlobal bazarda dizel çatışmazlığı riskini artırır. Dizel qiymətlərinin yüksəlməsi isə yükdaşımalarından kənd təsərrüfatına qədər bir çox sahədə xərclərin artmasına və ərzaq qiymətlərinə təzyiqin güclənməsinə səbəb ola bilər. Məsələ ilə bağlı Sfera.az -a açıqlama verən iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, Fars körfəzindən neft tədarükünün azalmasının məhz dizel bazarında böhran yaratması təsadüfi deyil. “Ümumiyyətlə qlobal iqtisadiyyatda baş
İqtisadiyyat15.10.2026 17:22
Müharibə bitsə, neft ucuzlaşacaq? - "Azərbaycana təsir edəcək"
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin tezliklə başa çatacağını və bundan sonra yanacağın qiymətinin aşağı düşəcəyini proqnozlaşdırıb. Tramp bu barədə Arizona ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb. “Benzinin bahalaşacağını bilirdim. Amma açığı, qiymətlərin daha çox artacağını düşünürdüm”, –ABŞ lideri bildirib. Trampın iddiasına görə, hazırda Hörmüz boğazından müharibədən əvvəlki dövrlə müqayisədə daha çox neft daşınır. İranla müharibənin
İqtisadiyyat15.10.2026 17:00
Qlobal bazarlarda "Hörmüz sınağı": Neft daha da bahalaşacaq
İranın Hörmüz boğazını yaxın vaxtlarda tamamilə bağlaya biləcəyi ilə bağlı məlumatlar qlobal enerji bazarında mümkün yeni təchizat böhranı ilə bağlı narahatlıqları artırır. Bəs boğazın bağlanması neft daşımalarına, dünya bazarında qiymətlərə və enerji təhlükəsizliyinə ciddi təsir göstərə bilərmi? Mövzu ilə bağlı enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Sfera.az -a açıqlamasında bildirib ki, Yaxın Şərqdə davam edən münaqişə qlobal enerji sistemində uzunmüddətli dəyişikliklərə səbəb olub.
İqtisadiyyat15.10.2026 11:49
Dünya bazarında neft ucuzlaşdı
Dünya bazarında “Brent” markalı neftin qiyməti aşağı düşüb. Sfera.az xəbər verir ki, 15 oktyabr tarixinə olan məlumata görə, “Brent” markalı neftin bir barelinin qiyməti 104,92 ABŞ dolları təşkil edib. Bu, əvvəlki günlə müqayisədə 1,07 faiz azalma deməkdir. Fatimə Sfera.az
İqtisadiyyat15.10.2026 09:45
Yanacaq qiymətləri artacaq
Avropada yaxın həftələrdə dizel yanacağının topdansatış qiymətləri yenidən arta bilər. Yaxın Şərqdə davam edən münaqişələr və yanacaq tədarükündə yaranan problemlər bazarda təklifin tələbatdan geri qalmasına səbəb olur. Beynəlxalq Enerji Agentliyi (IEA) dizel bazarında çətinliklərin 2027-ci ilə qədər davam edə biləcəyi barədə xəbərdarlıq edib. Sfera.az xəbər verir ki, agentliyin aylıq hesabatına əsasən, sentyabr ayında qlobal neft təklifi gündəlik 2,5 milyon barel artaraq 102,3 milyon barelə
İqtisadiyyat14.10.2026 22:01
Azərbaycanda neft hasilatı artır, amma kvotadan geri qalırıq – SƏBƏB
Azərbaycanda neft hasilatının artmasına baxmayaraq, ölkənin “OPEC+” sazişi çərçivəsində müəyyənləşdirilən gündəlik hasilat kvotasına çatmaması diqqət çəkir. Bu vəziyyət neft sektorunda hasilat imkanları və mövcud yataqların istismar səviyyəsi ilə bağlı sualları gündəmə gətirir. Sfera.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına əsasən, Azərbaycanda sentyabr ayında gündəlik neft hasilatı 440 min barel təşkil edib. Bu göstərici təqdim olunan məlumatda avqust ayı ilə
İqtisadiyyat14.10.2026 18:54
İrandan yeni Hörmüz taktikası: 10 gündür ki...
İran neft qiymətlərini yüksək saxlamaq və ABŞ-də ara seçkilərin nəticələrinə təsir göstərmək məqsədilə Hörmüz boğazında gəmilərə qarşı yeni hücum taktikalarından istifadə edir. Sfera.az xəbər verir ki, bu barədə iki yüksək vəzifəli İran rəsmisi “Reuters” agentliyinə məlumat verib. Rəsmilərin sözlərinə görə, yeni strategiya təxminən 10 gün əvvəl tətbiq olunmağa başlayıb. Məqsədlərdən biri Vaşinqton və müttəfiqlərinin qlobal neft qiymətlərini aşağı salmaq səylərinə mane olmaqdır. Qeyd edək ki,
Region14.10.2026 15:31
Neftin bahalaşması maaş artımına təsir etməyib
Yaxın Şərqdəki vəziyyətin yaratdığı enerji şoku hələlik avrozonada digər məhsulların qiymətlərinə və əməkhaqlarının artım tempinə təsir göstərməyib. Lakin bu təsirlərin sonradan ortaya çıxması istisna edilmir. Sfera.az xəbər verir ki, bunu Finlandiya Mərkəzi Bankının rəhbəri və Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Olli Ren Helsinkidə keçirilən tədbirdə deyib. O.Ren bildirib ki, belə təsirlər tədricən və hiss olunmadan özünü göstərə bilər. Onun sözlərinə görə, Yaxın Şərqdə münaqişə
İqtisadiyyat06.10.2026 15:21
Müharibələr dizeli kəskin bahalaşdırır
Avropada və dünyada dizel yanacağının bahalaşması müşahidə edilir. ABŞ rəsmilərinin açıqlamasına görə, dizel yanacağının digər yanacaq növləri ilə müqayisədə daha çox bahalaşmasının səbəbi Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə endirdiyi zərbələrdir. Neft məsələləri üzrə ekspert İlham Şaban Sfera.az -a açıqlamasında bildirib ki, Rusiyanın neft emalı müəssisələrinə və neft məhsulları anbarlarına qarşı hücumların dizel bazarına təsiri var. Onun sözlərinə görə, Rusiya uzun illər dünya
İqtisadiyyat30.09.2026 13:29
Hörmüzdən neft daşımaları əvvəlki səviyyəyə çatıb - HESABAT
"JPMorgan" və "Goldman Sachs" banklarının hesabatlarına görə, dəniz daşımalarındakı risklərə baxmayaraq, Yaxın Şərqdən xam neft ixracı müharibədən əvvəlki səviyyəyə qayıdır. Sfera.az xarici mediaya istinadən xəbər verir ki, "JPMorgan" analitikləri sentyabrın 29-da yaydıqları hesabatda qeyd ediblər ki, bölgədə müharibənin davam etməsinə baxmayaraq, neft ixracı sürətlə bərpa olunur. Bankın hesablamalarına görə, xam neft daşımaları gündəlik 17,5 milyon barrelə çatıb. Bu isə müharibədən əvvəlki
İqtisadiyyat30.09.2026 10:57
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır?
Ermənistanda benzin və dizel yanacağının qiymətləri tarixi rekord səviyyəsinə çatıb. Belə ki, İrəvanın yanacaqdoldurma stansiyalarında “Aİ 92” markalı benzinin bir litrinin qiyməti 580 dramdan (təxminən 2,71 AZN) 600 drama (təxminən 2,80 AZN) çatıb, “premium” benzin isə daha 20-30 dram bahalaşaraq 620-630 drama (təxminən 2,90-2,94 AZN) satılır. Ölkədə dizelin qiyməti də artıb və hazırda 710 drama (təxminən 3,32 AZN) təklif edilir. Paralel olaraq, Gürcüstan və Türkiyədə də yanacağın qiymətində
İqtisadiyyat29.09.2026 19:59
Neft tezliklə ucuzlaşmayacaq – İqtisadçı
ABŞ Prezidenti Donald Trampın İranın atəşkəs təklifini rədd etməsindən sonra dünya bazarlarında neftin qiyməti 3 faizdən çox artaraq 107 dolları ötüb. İqtisadçı Asif İbrahimov Sfera.az -a açıqlamasında bildirib ki, ABŞ və İran arasında danışıqların nəticəsiz qalması və Yaxın Şərqdə geosiyasi gərginliyin davam etməsi dünya neft bazarında təchizat risklərini artırır. Onun sözlərinə görə, "Brent" markalı neftin qiymətinin yüksəlməsi bazarın gələcək neft təchizatı ilə bağlı narahatlığını əks
İqtisadiyyat28.09.2026 14:59
Hasilat azalsa da, gəlir artır: Azərbaycan nefti xeyli bahalaşıb
Azərbaycanın ixrac etdiyi neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulan qiymətdən təxminən 2 dəfə yüksəkdir. Neftin qiymətinin yüksək olması dövlət büdcəsinin gəlirlərinə də müsbət təsir edir. Xüsusilə neft hasilatının azalmasını nəzərə alsaq, yüksək qiymətlər ölkə üçün çox əlverişlidir. İqtisadçı Elçin Məmmədov Sfera.az -a açıqlamasında bildirib ki, neft qiymətlərinin artması Azərbaycanda neft satışından əldə olunan gəlirlərin və büdcə daxilolmalarının yüksəlməsinə müsbət təsir göstərir. O
İqtisadiyyat25.09.2026 14:19
Neftin bahalaşması səhm bazarını vurdu — FED faizləri artıracaq
Neft qiymətlərinin yüksək səviyyədə qalması qlobal bazarlarda digər əmtəələrin qiymətinin də artmasına səbəb olur. Ümumi qiymət səviyyəsinin artması dünya iqtisadiyyatının böyümə sürətini zəiflədir, böhran ehtimalını yaradır. Sfera.az xəbər verir ki, mümkün riskləri nəzərə alan ABŞ mərkəzi bankı (FED) faiz dərəcələrini artırmağı düşünür. Artıq FED bir dəfə faizlərin artırılması məsələsinə baxıb. ABŞ-də uçot dərəcəsi 3,75-4 səviyyəsinə çatdırılıb. ABŞ analitikləri hesab edir ki, mövcud vəziyyət
İqtisadiyyat25.09.2026 10:45
Brent markalı neft bahalaşdı
Brent markalı neftin qiyməti 106 dollar bareli ötüb. Sfera.az xəbər verir ki, Brent neftinin qiyməti 1,88% artaraq 105,02 dollar təşkil edib. Lakin çox qısa müddətdə qiymət artımı sürətlənib və Brent 2,96% bahalaşaraq 106,13 dollara yüksəlib. Eyni vaxtda oktyabr tədarükü üzrə WTI markalı neftin fyuçerslərinin qiyməti 2,43% artaraq 94,4 dollar barelə çatıb. Bəsti Rəfizadə Sfera.az
İqtisadiyyat24.09.2026 12:48
Neft bahalaşır: Dedollarizasiya davam edəcək?
Son aylarda neftin qiymətinin yüksəlməsi Azərbaycanın valyuta bazarına da təsir göstərir. Açıqlanan məlumatlardan görünür ki, daxili bazarda dollar təklifi artır, dollar alışı isə azalır. Bu vəziyyətdə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları da artır. Mərkəzi Bank bazarda formalaşan izafi dollarları alaraq dövriyyəyə manat buraxır. Proqnozlaşdırılır ki, qarşıdakı aylarda da neft qiymətləri yüksək səviyyədə qalacaq. Belə olan halda daxili bazarda dollara tələbin necə dəyişəcəyi maraq
İqtisadiyyat15.09.2026 13:25
























