Logo

Hörmüz boğazında gərginlik: İki neft tankeri partladı

Hörmüz boğazında gərginlik: İki neft tankeri partladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hörmüz boğazında iki neft tankerinin dəniz minalarına düşərək partladığı iddia olunur.

Sfera.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun məlumatına görə, tankerlər icazəsiz marşrutla boğazdan keçməyə çalışıblar.

Gəmilərdən birinin supertanker olduğu, partlayışdan sonra yanğın baş verdiyi və hər iki tankerin hərəkət qabiliyyətini itirdiyi bildirilir.

Bundan əvvəl Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Hörmüz boğazında hərəkət edən bir gəminin naməlum sursatla vurulduğuna dair məlumat yaymışdı.

İranın Yüksək Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi isə ölkəsinə qarşı hər hansı hücum olacağı təqdirdə ağır cavab veriləcəyini bəyan edib.

Hadisələrlə bağlı məlumatlar hələ müstəqil şəkildə təsdiqlənməyib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR