Logo

Bahalı neft və inflyasiya: Qızılı dəyərdən salır

Bahalı neft və inflyasiya: Qızılı dəyərdən salır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

Qızılın qiyməti yenidən 4 min dollardan aşağı düşüb.

Sfera.az xəbər verir ki, bu gün birjalar açılanda qızılın bir troya unsiyasının (31,1 qram) dəyəri 3988 dollara enib.

Xatırladaq ki, qızılın dəyəri son 1 ildə bir neçə dəfə 4 min dollardan aşağı düşüb. Lakin qiymət qısa müddət sonra yenidən artaraq 4 min dolların üzərinə çıxıb.

Bu dəfə qiymətlərin tezliklə 4 min dolların üzərinə çıxacağı az ehtimal edilir. Ekspertlər bildirir ki, artan neft qiymətləri dünyada, o cümlədən ABŞ-də inflyasiya səviyyəsinin yüksəlməsinə səbəb olur.

İnflyasiyanı cilovlamaq üçün ABŞ-nin mərkəzi bankı (FED) faizləri artırmağa meyillidir. Bir müddət əvvəl məhz bu səbəbdən faiz dərəcəsi 0,25 bənd artırıldı. Gözlənilir ki, inflyasiya tempi artarsa, FED yenidən oxşar qərar qəbul edəcək.

FED-in faizləri artırması isə dolların bahalaşmasına əsas yaradır. ABŞ dolları bahalaşdıqda bütün əmtəələrin, o cümlədən qızılın dəyərində azalma yönündə təzyiq artır. Çünki qızılın dəyəri birjalarda məhz dollarla müəyyənləşir.

Qeyd edək ki, qızılın dəyəri 2026-cı ilin avqustunda 4660 dollara çatdıqdan sonra enmə mərhələsinə keçib. Həmin dövrlə müqayisədə qızıl 672 dollar (14 faiz), son bir ayda isə təxminən 5 faiz (təxminən 180 dollar) dəyər itirib.

Proqnozlara görə, FED-in dekabrda faiz artırması ehtimalı 70 faizdən yüksəkdir. Faiz dərəcələri yüksəldikdə ABŞ-nin dövlət istiqrazları da bahalaşır ki, bu da saxlanması əlavə xərc yaradan qızılda olan vəsaitin bir hissəsinin başqa aktivlərə yönəlməsinə səbəb olur.

Buna görə də gözlənilir ki, ilin sonuna yaxınlaşdıqca qızılın dəyəri 4 min dolların altında möhkəmlənəcək. Bu il üçün ən çox proqnozlaşdırılan qiymət aralığı 3900–4000 dollardır.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR