Azərbaycanda
Azərbaycanda qızılın qiyməti düşəcək - Alıcıların nəzərinə
Beynəlxalq birjalarda qızılın qiymətində son aylarda müşahidə olunan enmə diqqət çəkir. “Reuters” agentliyinin noyabrın 3-nə olan məlumatına əsasən, qızılın bir troya unsiyasının qiyməti 0,5 faiz azalaraq 3 926,52 dollara düşüb. Halbuki cari ilin avqustin 22-də qızılın dəyəri 4600 dollardan yüksək idi. Qiymətli metal ötən həftə son bir ilin ən aşağı səviyyəsinə gerilədikdən sonra müəyyən qədər bahalaşsa da, bazarda qiymət dəyişkənliyi davam edir. Dünya bazarında qızılın ucuzlaşması yerli
İqtisadiyyat03.11.2026 11:35
"Özəl məktəblərdə təhsil haqlarını dövlət tənzimləməlidir" - Millət vəkili
Azərbaycanda özəl məktəblərdə təhsil haqlarının ildən-ilə artması valideynləri narahat edən məsələlərdən birinə çevrilib. 2026/2027-ci tədris ili üzrə aparılan araşdırmalar göstərir ki, ölkədə fəaliyyət göstərən bir sıra özəl məktəblərdə illik təhsil haqları 4 000 manatdan 22 700 manata qədər dəyişir. Əvvəlki tədris ili ilə müqayisədə bəzi təhsil müəssisələrində qiymət artımı müşahidə olunur. Ayrı-ayrı məktəblərdə və təhsil pillələrində illik ödənişlərin yuxarı həddi 1 000–2 200 manat artıb.
Media03.11.2026 11:14
Azərbaycanda qızıl ucuzlaşacaq? – Ekspertdən proqnoz
Son aylarda qlobal səviyyədə qızılın qiymətində enmələr qeydə alınsa da, qızıla sərmayə qoyuluşu çox yüksəkdir. Statistik məlumatlar göstərir ki, bu metala investisiya marağı artır. Qlobal qızıl fondlarına vəsait axınının rekord həddə çatması da bunun əlamətidir. Bəs qlobal bazardakı dəyişikliklər Azərbaycanda qızılın qiymətinə necə təsir edəcək? Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az -a açıqlamasında bildirib ki, Azərbaycanda qızılın qiyməti əsasən dünya bazarındakı
İqtisadiyyat27.10.2026 12:27
Azərbaycanda əhali artımı niyə zəifləyir? - Sosioloq səbəbləri açıqladı
Azərbaycanda əhali artımının zəifləməsi nikah yaşının gecikməsi və boşanmaların artması ilə əlaqələndirilir. Ailələrin azuşaqlı olmağa üstünlük verməsi də bu prosesə təsir göstərir. Nəticədə ölkədə əhali artımının tempi zəifləyir. Bəs bu artım sürətinin azalmasınıın başqa hansı səbəbləri var və həlli üçün hansı addımlar atılmalıdır? Sosioloq Mail Yaqub Sfera.az -a açıqlamasında bildirib ki, əhali artımının azalması bütün dünyada, xüsusilə Qərb və Avropa ölkələrində, eləcə də Rusiyada müşahidə
Cəmiyyət26.10.2026 12:01
Azərbaycanda fərdi sahibkarlıq bumu: Say sürətlə artır
2026-cı ilin oktyabrın 1-nə olan məlumata əsasən, Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçən fərdi sahibkarların sayı 1,5 milyona çatıb. Sfera.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına istinadən xəbər verir ki, fərdi sahibkarların əsas hissəsi Bakı (26%), Lənkəran-Astara (10,2%), Qazax-Tovuz (7,9%) və Mərkəzi Aran (7,2%) iqtisadi rayonlarında qeydiyyata alınıblar. Fərdi sahibkarların 75,9 faizini kişilər, 24,1
İqtisadiyyat22.10.2026 11:52
5 Oktyabr Müəllimlər Günü: Təhsillə bağlı son rəqəmlər
Bu gün dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda Beynəlxalq Müəllimlər Günü qeyd olunur. 5 oktyabr müəllimlərin əməyinə diqqət çəkilməsi, onların təhsil və cəmiyyətin inkişafındakı rolunun vurğulanması baxımından əlamətdar gündür. Çünki müəllim yalnız şagirdə bilik ötürən deyil, həm də onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayan əsas şəxslərdən biridir. Azərbaycanda minlərlə müəllim bu peşəni davam etdirir. Son illərdə təhsil sahəsində aparılan dəyişikliklər, əməkhaqqı
Təhsil05.10.2026 11:08
Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA
Azərbaycanda istifadə müddəti bitmiş telefon, kompüter, televizor, printer və digər elektrik-elektron avadanlıqların necə toplanması və utilizasiya olunması məsələsi aktuallığını qoruyur. Yararsız elektron cihazların məişət tullantılarından ayrıca idarə olunması, onların tərkibindəki qiymətli xammalın təkrar istifadəsi və təhlükəli komponentlərin ətraf mühitə yayılmasının qarşısının alınması mühüm məsələlərdəndir. Ekoloq Cəmşid Bəxtiyar Sfera.az -a açıqlamasında bildirib ki, elektron
Cəmiyyət02.10.2026 11:16
15 min manata sıfır kilometr - Ucuz elektromobil almağa dəyərmi?
Azərbaycanda avtomobil bazarında sıfır kilometr elektromobillərin sayı və çeşidi sürətlə artır. Xüsusilə münasib qiymətə avtomobil axtaran alıcılar üçün Çin istehsalı elektromobillər daha çox diqqət çəkir. Sfera.az xəbər verir ki, hazırda bazarda 20 min manatdan aşağı qiymətə də sıfır kilometr elektromobil tapmaq mümkündür. Qiyməti nisbətən münasib olan modellər əsasən kompakt ölçüləri və şəhər istifadəsinə uyğunluğu ilə seçilir. Bu modellər arasında "Dayun Yuehu" xüsusilə diqqət çəkir. Onun
İqtisadiyyat01.10.2026 11:57
Azərbaycanda ən ucuz Çin avtomobili hansıdır? - ARAŞDIRMA
Azərbaycanda son illərdə Çin avtomobil markalarına maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə daha münasib qiymətə yeni avtomobil almaq istəyənlərin seçimində Çin istehsalı olan modellər önə çıxır. Hazırda ölkədə bir sıra Çin markalarına aid olan avtomobillərin rəsmi distribütorlar vasitəsilə satışa təqdim olunur. Bəs ən ucuz Çin markalı avtomobillər hansıdır? Sfera.az -ın araşdırmasına görə, Azərbaycanda rəsmi satışda olan nisbətən ucuz Çin avtomobilləri arasında “BYD”, “Changan”, “Geely” və
İqtisadiyyat30.09.2026 12:17
"Ailə dəyərləri ilə bağlı qanun olmalıdır” - Millət vəkili
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov ailə dəyərlərinin qorunması ilə bağlı ayrıca qanunun qəbul edilməsini təklif edib. Sfera.az xəbər verir ki, deputat Azərbaycanda ailə dəyərlərinin ciddi təhdidlərlə üz-üzə olduğunu və bu istiqamətdə müəyyən tənəzzülün müşahidə edildiyini bildirib. “Bu gün Azərbaycan ailə dəyərləri çox ciddi təhdid və təhlükələrlə üz-üzədir. Artıq ailə dəyərlərində müəyyən tənəzzülün baş verdiyi müşahidə olunur. Bu baxımdan proseslərin
Cəmiyyət30.09.2026 12:15
Azərbaycanda payız turizmi: Mövsüm hansı dəyişikliklər yaradır?
Azərbaycanda payız mövsümünün başlaması ilə turistlərin maraq göstərdiyi yerlər dəyişir. Yay aylarındakı dəniz və çimərlik turizmini artıq bölgələrin füsunkar təbiəti, payız mənzərələri və kənd turizmi əvəz edir. Bu mövsüm dəyişikliyi otel və qonaqlama qiymətlərinə də birbaşa təsir göstərərək, daxili turizmdə yeni tendensiyalar formalaşdırır. Turizm eksperti Əziz Şiriyev Sfera.az -a açıqlamasında bildirib ki, Azərbaycanda turizm əvvəl əsasən yay mövsümündə inkişaf etsə də, son illərdə qış
İqtisadiyyat29.09.2026 13:55
Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı
Azərbaycanda heyvandarlıq məhsulları, xüsusilə də qırmızı ət bahalaşsa da, son aylarda kərə yağının ucuzlaşması müşahidə edilir. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az -a açıqlamasında bildirib ki, kərə yağının qiymət dinamikasını mal-qaranın qiyməti ilə birbaşa əlaqələndirmək düzgün deyil. Onun sözlərinə görə, Azərbaycan kərə yağı bazarında böyük ölçüdə idxaldan asılıdır və qiymətlərə dünya bazarındakı vəziyyət, idxalçıların məhsulu hansı ölkələrdən gətirməsi, logistika
İqtisadiyyat29.09.2026 13:13
"Card to card"a limit ödəniş kartlarının sayını artırır
Bu ilin avqust ayından Azərbaycanda "Card to card" əməliyyatlarına limit qoyulması fonunda ölkədə ödəniş kartlarının sayı yenidən artmağa başlayıb. Sfera.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, avqustun sonuna Azərbaycanda 22 milyon 974 min ədəd ödəniş kartı olub. Bu, iyulun sonu ilə müqayisədə 189 min ədəd və yaxud 0,8 % çoxdur. Halbuki, iyulda ödəniş kartlarının sayı iyuna nisbətən 29 min ədəd və yaxud 0,05 % azalaraq 22 milyon 785 min ədədə düşmüşdü.
İqtisadiyyat25.09.2026 10:59
Azərbaycanda mal ətinin bahalaşma xronikası - Qiymətlər daha da artacaq
Azərbaycanda son 3 ildə mal ətinin qiymətində davamlı artım müşahidə edilir və bu artımlar nəticəsində erkək dana ətinin pərakəndə satış qiyməti artıq 20 manata çatıb. Sfera.az xatırladır ki, yaxın keçmişə qədər ölkəmizdə mal ətinin qiyməti indiki qiymətlərdən təxminən 2 dəfə aşağı idi. Məsələn, 2014-cü ildə mal ətinin (bura dana əti, yaşlı heyvanların əti və donmuş ətin orta qiyməti daxildir) orta qiyməti 7,5 manat, dana ətinin dəyəri isə 8 manat təşkil edirdi. Sonrakı illərdə də bu artım
İqtisadiyyat24.09.2026 12:55
Avropada Çin avtomobillərinə tələb artır - Hibrid modellər məşhurlaşır
Dünyada bütün təşviqlərə baxmayaraq, elektrik avtomobilləri hibrid avtomobillər qədər yüksək tələb görmür. Hazırda yeni avtomobil alanların arasında hibrid modellərə üstünlük verənlərin sayısı sürətlə artsa da, elektrik avtomobili alışı zəifdir. Sfera.az xəbər verir ki, hibrid avtomobil bazarında baş verən digər mühüm dəyişiklik isə Çin avtomobil markalarının üstünlüyü ələ almasıdır. Bu hal Avropa ilə yanaşı Azərbaycanda da müşahidə edilir.Avropanın avtomobil bazarında Çinin hibrid
İqtisadiyyat23.09.2026 12:04
İctimai iaşədə rekord artım: Beş ildə bazar 2,2 dəfə necə böyüdü?
Azərbaycanda ictimai iaşə xidmətlərində son illərdə müşahidə edilən kəskin artım 2026-cı ildə də davam edir. Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarını əhatə edən ilk 8 ayda ictimai iaşə xidmətlərinin həcmi real müqayisədə, yəni inflyasiya nəzərə alınmadan, 8 faiz artaraq 2 milyard manatı ötüb. Yalnız avqustda ictimai iaşə xərcləri 312 milyon manat olub ki, bu da əvvəlki ilin eyni ayına nisbətən 13,4 faiz real artım deməkdir.
İqtisadiyyat18.09.2026 12:20
Azərbaycanda distant iş rejimi genişlənəcək
Son illərdə əmək münasibətlərində çevik iş modellərinə maraq artsa da, distant iş rejiminin Azərbaycanda tətbiqi hələ geniş yayılmayıb. Bu modelin hansı sahələrdə daha effektiv ola biləcəyi və gələcəkdə nə dərəcədə genişlənəcəyi müzakirə mövzusudur. Sfera.az bildirir ki, mövzu ilə bağlı Modern.az -a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, distant və hibrid iş rejiminin geniş tətbiqi ilk növbədə bu sahədə ənənənin formalaşmasından asılıdır. Onun sözlərinə görə, Azərbaycanda
Gündəm17.09.2026 19:27
Azərbaycanda mis bumu yaşanır: istehsal və ixrac artır
Bu il Azərbaycanda mis konsentratının istehsalında kəskin artım müşahidə edilir. Sfera.az rəsmi statistik məlumatlara istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-avqust ayları ərzində 12 484 tondan çox mis konsentratı istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 dəfə artım deməkdir. Xatırladaq ki, ötən ilin ilk 8 ayında 2271 tona yaxın mis konsentratı istehsal edilmişdi. Ötən il istehsalın həcmi də 20,3 dəfə artmışdı. Lakin nəzərə alaq ki, əvvəlki dövrdə istehsal 112 tona
İqtisadiyyat17.09.2026 11:21
Bu il Azərbaycanda neft və qaz hasilatı azalıb
Azərbaycanda 2026-cı ilin geridə qalan dövrü ərzində neft və qaz hasilatında azalma qeydə alınıb. Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əmtəəlik neft hasilatı 17,6 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 25,6 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz, əmtəəlik qaz hasilatı isə 0,9 faiz azalıb. Ümumilikdə, real ifadədə neft və qaz hasilatında azalma 2,7 faiz olub. İlk 8 ayda 23,84 milyard manat dəyərində
İqtisadiyyat17.09.2026 10:55
Xaricdən gələn tələbələr: Sadəcə universitetlər qazanmır
Azərbaycanda təhsil alan xarici tələbələrin sayı artır. Rəsmi məlumatlara əsasən, 2025–2026-cı tədris ilində Azərbaycanda 120 ölkədən təxminən 9 min tələbə təhsil alıb. Əcnəbi tələbələrin əksəriyyəti təhsil haqqı ödəyərlər. Bu, onların təhsil aldığı universitetlərin maliyyə vəziyyətinin möhkəmlənməsinə kömək edir. Bəs Azərbaycanda təhsil alan xarici tələbələrin sayının artmasından sadəcə universitetlər qazanır? Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az -a açıqlamasında
Media14.09.2026 15:08
Repetitorsuz hazırlıq qeyri-mümkündür? - "İmtahanlar ağırdır"
Yeni tədris ilinin başlaması ilə məktəblə yanaşı, repetitor xidmətlərinə tələbat da artır. Xüsusilə 9 və 11-ci sinif şagirdlərinin buraxılış və qəbul imtahanlarına hazırlığı ailələr üçün əlavə vəsait tələb edir. Fənlərin sayından və müəllimlərin təyin etdiy hazırlıq qiymətlərindən asılı olaraq aylıq repetitor xərcləri ciddi məbləğə çata, bir şagirdin hazırlığı isə ailə büdcəsində əhəmiyyətli maliyyə yükü yarada bilər. Təhsil eksperti Məzahir Məmmədli Sfera.az -a açıqlamasında bildirib ki,
Media14.09.2026 12:44
Sənayedə struktur dəyişir: Bu sahələrdə istehsal sürətlə artır
Azərbaycanda son illərdə emal sənayesinin bəzi sahələrində istehsal göstəricilərinin nəzərəçarpacaq dərəcədə artması müşahidə edilir. Sfera.az bildirir ki, istehsaldakı kəskin artım hesabına həmin sahələrin ümumi sənaye istehsalında payı yüksəlib. Son 10 ilin müqayisəsindən sənaye sahələrində istehsal həcmlərindəki dəyişiklikləri daha aydın görmək mümkündür. Müqayisə göstərir ki, son 10 ildə içki, tütün, toxuculuq, kağız və karton, kimya, tikinti materialları, metallurgiya, mebel və avtomobil
İqtisadiyyat11.09.2026 12:37
Azərbaycanda 1,78 milyon muzdlu işçi var
2026-cı il avqustun 1-i vəziyyətinə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1781,1 min nəfər olub. Onlardan 836,9 min nəfəri dövlət sektorunda, 944,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muzdla çalışan işçilərin 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 17,5 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,1 faizi dövlət
İqtisadiyyat10.09.2026 10:17
Son 10 ildə ən çox hansı sahədə maaşlar artıb? – Rəqəmlər
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışanların maaşları son 10 ildə (2016–2026-cı illər ərzində) orta hesabla 3,5 dəfə artıb. Bu artım əsasən həyata keçirilən geniş sosial islahat paketləri, minimum əməkhaqqının mütəmadi qaldırılması (2016-cı ildə 105 manatdan 2025–2026-cı illərdə 400 manata çatdırılması) və sahələr üzrə tətbiq edilən xüsusi islahatlar (sertifikasiya, icbari tibbi sığorta əlavələri və s.) hesabına baş verib. Sfera.az xəbər verir ki, artımlar bütün sahələr
İqtisadiyyat03.09.2026 13:07
























