Bu il Azərbaycanda neft və qaz hasilatı azalıb

Bu il Azərbaycanda neft və qaz hasilatı azalıb
Kateqoriya məlum deyil
T

Azərbaycanda 2026-cı ilin geridə qalan dövrü ərzində neft və qaz hasilatında azalma qeydə alınıb.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əmtəəlik neft hasilatı 17,6 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 25,6 milyard kub metr təşkil edib.

Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz, əmtəəlik qaz hasilatı isə 0,9 faiz azalıb.

Ümumilikdə, real ifadədə neft və qaz hasilatında azalma 2,7 faiz olub. İlk 8 ayda 23,84 milyard manat dəyərində neft və qaz hasil edilib.

Ötən ilin eyni dövründə neft və qaz hasilatının dəyəri 23,5 milyard manat olmuşdu. Bu il qiymətlərin yüksək olması hasilatdakı azalmanı dəyər ifadəsində kompensasiya edib.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR