Logo

Azərbaycanda fərdi sahibkarlıq bumu: Say sürətlə artır

Azərbaycanda fərdi sahibkarlıq bumu: Say sürətlə artır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2026-cı ilin oktyabrın 1-nə olan məlumata əsasən, Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçən fərdi sahibkarların sayı 1,5 milyona çatıb.

Sfera.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına istinadən xəbər verir ki, fərdi sahibkarların əsas hissəsi Bakı (26%), Lənkəran-Astara (10,2%), Qazax-Tovuz (7,9%) və Mərkəzi Aran (7,2%) iqtisadi rayonlarında qeydiyyata alınıblar.

Fərdi sahibkarların 75,9 faizini kişilər, 24,1 faizini isə qadınlar təşkil edib.

Fərdi sahibkarların çox hissəsi kənd təsərrüfatı ilə məşğul olur. Bu sahədə fəaliyyət göstərənlərin sayı 554 mindir və cəmi fərdi sahibkarların 37 faizini formalaşdırır.

Ticarət və nəqliyyat sahəsində də sahibkarlar çoxdur. Ticarət sahəsində 277,1 min, nəqliyyat sahəsində 173 min fərdi sahibkar var.

Ən az fərdi sahibkar isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı (110 sahibkar), su təchizatı; tullantıların təmizlənməsi və emalı (1286 sahibkar), mədənçıxarma sənayesi (1355 sahibkar) sahələrindədir.

Bəs Azərbaycanda olan fərqdi sahibkarların sayı çoxdurmu?

Azərbaycanın ümumi əhalisinin sayına (təxminən 10,2 milyon nəfər) və iqtisadi fəal əhaliyə (təxminən 5,3 milyon nəfər) nisbətdə bu rəqəm yüksək göstərici hesab etmək olar.

Lakin nəzərə alaq ki, fərdi sahibkarların hamısı aktiv sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Məsələn, Mərkəzi Bankın məlumatına əsasən, banklarda aktiv cari hesabı olan fərdi sahibkarların sayı təxminən 1,15 milyon nəfərdir.

Ölkəmizdə təxminən 5,3 milyon iqtisadi fəal əhalinin 1,5 milyonunun, yəni hər 3,5 nəfərdən birinin fərdi sahibkar kimi qeydiyyatda olması qlobal iqtisadiyyatdakı modellərlə müqayisədə yüksək göstəricidir.

İnkişaf etmiş iqtisadiyyatlarda fərdi sahibkarlığın (özünüməşğulluq) payı ümumi məşğulluqda adətən 10 faiz ilə 15 faiz arasında dəyişir. Avropa İttifaqı ölkələrində ümumi məşğul əhalinin orta hesabla 13-14 faizi fərdi sahibkardır. Məsələn, Almaniyada bu rəqəm 9-10 faiz səviyyəsindədir.

Avropa İttifaqında qalan böyük əksəriyyət hüquqi şəxslərdə (şirkətlərdə), transmilli korporasiyalarda və ya dövlət sektorunda muzdlu işçi kimi çalışır.

Azərbaycanda bu göstərici iqtisadi fəal əhalinin təxminən 28 faizini təşkil edir. Bu isə inkişaf etmiş ölkələrlə müqayisədə təxminən 2 dəfə yüksəkdir.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR