Logo

Azərbaycanda qızıl ucuzlaşacaq? – Ekspertdən proqnoz

Azərbaycanda qızıl ucuzlaşacaq? – Ekspertdən proqnoz
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

Son aylarda qlobal səviyyədə qızılın qiymətində enmələr qeydə alınsa da, qızıla sərmayə qoyuluşu çox yüksəkdir. Statistik məlumatlar göstərir ki, bu metala investisiya marağı artır. Qlobal qızıl fondlarına vəsait axınının rekord həddə çatması da bunun əlamətidir.

Bəs qlobal bazardakı dəyişikliklər Azərbaycanda qızılın qiymətinə necə təsir edəcək?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycanda qızılın qiyməti əsasən dünya bazarındakı qiymətlərdən asılıdır.

Onun fikrincə, beynəlxalq bazarlarda qızıl bahalaşarsa, bu, yerli bazarda da qiymət artımına, qiymətlərin enməsi isə Azərbaycanda da müəyyən ucuzlaşmaya səbəb olur.

Azərbaycanda qızıl ucuzlaşacaq? – Ekspertdən proqnoz

İqtisadçı qeyd edib ki, beynəlxalq bazardakı dəyişikliklər yerli qiymətlərə dərhal və eyni həcmdə təsir göstərmir. Ekspertin sözlərinə görə, dollar-manat məzənnəsi, idxal xərcləri, qızılın əyarı, hazırlanma və işlənmə haqqı, eləcə də satıcıların mənfəət marjası son qiymətin formalaşmasında rol oynayır:

“Yaxın aylarda qızılın qiymətinin hansı istiqamətdə dəyişəcəyini dəqiq proqnozlaşdırmaq çətindir. Qızıl fondlarına vəsait axını, mərkəzi bankların qızıl alışları və geosiyasi qeyri-müəyyənlik qiymətləri dəstəkləyə bilər. Bununla yanaşı, investorların qazanc əldə etmək məqsədilə satışlara başlaması, dolların güclənməsi və faiz dərəclərinin yüksək qalacağı ilə bağlı gözləntilər qiymətlərin müvəqqəti enməsinə səbəb olur”.

O hesab edir ki, Azərbaycan bazarında da qısamüddətli ucuzlaşma istisna edilmir:

"Lakin belə bir enişi qızılın davamlı şəkildə ucuzlaşacağının göstəricisi kimi qiymətləndirmək üçün əsas yoxdur. Qızıla tələbin artması qiymətlərin hər gün yüksələcəyi demək deyil. Yaxın dövrdə qiymətlərin istiqaməti qlobal iqtisadi vəziyyət, investorların davranışı və dolların məzənnəsi kimi bir sıra amillərdən asılı olacaq”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR