Avropada Çin avtomobillərinə tələb artır - Hibrid modellər məşhurlaşır

Avropada Çin avtomobillərinə tələb artır - Hibrid modellər məşhurlaşır
Kateqoriya məlum deyil
T

Dünyada bütün təşviqlərə baxmayaraq, elektrik avtomobilləri hibrid avtomobillər qədər yüksək tələb görmür. Hazırda yeni avtomobil alanların arasında hibrid modellərə üstünlük verənlərin sayısı sürətlə artsa da, elektrik avtomobili alışı zəifdir.

Sfera.az xəbər verir ki, hibrid avtomobil bazarında baş verən digər mühüm dəyişiklik isə Çin avtomobil markalarının üstünlüyü ələ almasıdır.

Bu hal Avropa ilə yanaşı Azərbaycanda da müşahidə edilir.Avropanın avtomobil bazarında Çinin hibrid avtomobillərinə tələb artıb. Avqusta dair məlumatlar Çin avtomobillərinə tələbin yüksəldiyini göstərir. “Dataforce”un məlumatlarına əsasən, “BYD Co.” da daxil olmaqla Çin brendləri avqustda Avropada ümumi yeni avtomobil satışlarının təxminən 12 faizini təşkil edib. Çin istehsalçıları ümumi hibrid nəqliyyat vasitələrinin satışlarının dörddə birini və “plug-in” hibrid satışlarının təxminən üçdə birini təmin ediblər.

Çin brendlərinin Avropa bazarında hibrid modellər vasitəsilə güclənməsi, Çindən idxal edilən elektrikli nəqliyyat vasitələrinə tətbiq olunan yüksək tariflərin hibrid avtomobillərə tətbiq edilməməsi ilə bağlıdır. “Dataforce”un məlumatlarına görə, batareyalı elektrikli və hibrid nəqliyyat vasitələrinə tələbat avqust ayında 27 faiz artıb. Bu artım sırf daxili yanma mühərrikli nəqliyyat vasitələrinin azalmasını kompensasiya edib. Avropada olduğu kimi Azərbaycanda da hibrid avtomobillərinə tələb tam elektrik avtomobillərlə müqayisədə yüksəkdir. Hazırda əksər istehlakçılar hesab edir ki, hibrid nəqliyyat vasitələri tam elektrikli nəqliyyat vasitələrinə keçiddə ara seçim kimi ortaya çıxır.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-avqust aylarində idxal edilən minik avtomobillərinin sayı 42 755 olub. Bu avtomobillərin 14 703 ədədi hibrid, 637 ədədi tam elektrik avtomobilidir.

Elektrik avtomobillərinin idxalına güzəşt olsa da, hələ də bu avtomobillərə yüksək tələb müşahidə edilmir.2026-cı ildə hibrid avtomobillərinə güzəştlərin ləğv edilməsi onların idxalını xeyli azaldıb. Amma buna baxmayaraq, hibrid avtomobillərinə tələb elektrik avtomobilləri ilə müqayisədə xeyli yüksəkdir.

Azərbaycana da idxal edilən hibrid avtomobillərin çox hissəsi Çindən gətirilir. Ümumilikdə Çin Azərbaycanın hibrid avtomobil bazarında dominant mövqeyə sahibdir.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR