Azərbaycanda mis bumu yaşanır: istehsal və ixrac artır

Azərbaycanda mis bumu yaşanır: istehsal və ixrac artır
Kateqoriya məlum deyil
T

Bu il Azərbaycanda mis konsentratının istehsalında kəskin artım müşahidə edilir.

Sfera.az rəsmi statistik məlumatlara istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-avqust ayları ərzində 12 484 tondan çox mis konsentratı istehsal edilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 dəfə artım deməkdir.

Xatırladaq ki, ötən ilin ilk 8 ayında 2271 tona yaxın mis konsentratı istehsal edilmişdi. Ötən il istehsalın həcmi də 20,3 dəfə artmışdı. Lakin nəzərə alaq ki, əvvəlki dövrdə istehsal 112 tona yaxın olduğundan, istehsalın 2160 tona yaxın artırılması böyük göstərici deyildi. Bu il isə istehsalın miqdarı 10 213 ton artırılıb.

2026-cı ildə istehsalda belə böyük artımın əsas səbəbi mis qiymətlərinin yüksək olması ilə bağlıdır. Hazırda misin bir tonunun dəyəri 14 400 dollardır. İlin əvvəlində isə mis 13 000 dollara satılırdı.

Misin dəyərinin yüksək olması bu əlvan metalın ixracından böyük gəlir əldə etməyə imkan verib. 2026-cı ilin ilk 8 ayında mis filizləri və konsentratlarının ixrac miqdarı 82 568 ton olub. Bu qədər satışın ümumi dəyəri 183,7 milyon manat təşkil edib. Bundan başqa, Azərbaycan 28,3 milyon dollar dəyərində mis və ondan hazırlanan məmulatlar da satıb.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR