"Ailə dəyərləri ilə bağlı qanun olmalıdır” - Millət vəkili

"Ailə dəyərləri ilə bağlı qanun olmalıdır” - Millət vəkili
Kateqoriya məlum deyil
T

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov ailə dəyərlərinin qorunması ilə bağlı ayrıca qanunun qəbul edilməsini təklif edib.

Sfera.az xəbər verir ki, deputat Azərbaycanda ailə dəyərlərinin ciddi təhdidlərlə üz-üzə olduğunu və bu istiqamətdə müəyyən tənəzzülün müşahidə edildiyini bildirib.

“Bu gün Azərbaycan ailə dəyərləri çox ciddi təhdid və təhlükələrlə üz-üzədir. Artıq ailə dəyərlərində müəyyən tənəzzülün baş verdiyi müşahidə olunur. Bu baxımdan proseslərin qarşısının alınması üçün əlavə qərar və qanunların qəbul edilməsinə ehtiyac olduğunu hiss edirəm”, - C.Məmmədov qeyd edib.

Deputat vurğulayıb ki, proseslərin bu templə davam etməsi gələcəkdə ailə institutuna ciddi təsir göstərə bilər.

“Proseslər bu templə davam etsə, gələcəkdə Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər. Ona görə belə bir qanunun qəbul edilməsi gələcəkdə baş verə biləcək proseslərin qarşısının alınmasına öz töhfəsini verəcək”, - deputat əlavə edib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR