Uşaqlarda yaz infeksiyası: Valideynlərin istifadə etdiyi bu dərmanlar effektlidir?
Yaz fəsli daxil olan kimi uşaqlar arasında infeksion xəstəliklərin artması demək olar ki, hər il müşahidə olunan təbii epidemioloji prosesdir. Temperaturun dəyişkən olması, səhər-axşam soyuq, günorta isti hava, kollektivlərin (bağça və məktəb) daha aktiv fəaliyyəti, açıq havada təmasların çoxalması virusların yayılması üçün əlverişli şərait yaradır. Nəticədə valideynlərdə ən çox narahatlıq yaradan mənzərə, axan burun, öskürək, boğaz ağrısı, halsızlıq və qızdırma ilə başlayan respirator