Gün ərzində nə qədər çay içmək olar? - Terapevtdən AÇIQLAMA

Böyük Britaniyalı terapevt Nisa Aslam gün ərzində çay istehlakının təhlükəsiz miqdarı ilə bağlı açıqlama verib.
Sfera.az-ın məlumatına görə, o, “Metro” nəşrinə bildirib ki, gündə 3-4 fincan çay içmək normal və təhlükəsiz hesab olunur.
Halbuki əvvəllər kofeinli içkilər üçün norma 4–5 fincan göstərilirdi. Terapevtin sözlərinə görə, çay xüsusilə iltihabi xəstəlikləri olan şəxslər üçün faydalı ola bilər. Astma, osteoartrit, 2-ci tip diabet, metabolik sindrom və ürək-damar xəstəliklərinin bir çoxu xroniki iltihabla əlaqələndirilir və çay orqanizmin iltihaba reaksiyasına müsbət təsir göstərə bilər. Bununla belə, həkim vurğulayıb ki, çay heç vaxt tibbi müalicəni əvəz etmir. O, yalnız düzgün və ölçülü istifadə edildikdə orqanizm üçün əlavə dəstək rolunu oynaya bilər.
Niyaz Hacıyev
Sfera.az
