Yazda hansı qidalar zəhərləyə bilər? - Ekspert XƏBƏRDAQLIĞI

Yazda hansı qidalar zəhərləyə bilər? - Ekspert XƏBƏRDAQLIĞI
Kateqoriya məlum deyil
T

Hava isinən kimi bakteriyalar daha tez çoxalır. Bu da qidaların tez xarab olmasına və zəhərlənmə riskinin artmasına səbəb olur. Mütəxəssislər yaz fəslində hər kəsə diqqətli olmağı tövsiyə edir.


Maraqlıdır, yaz fəslində kiçiklər, eləcə də böyüklər qida rasionunda nələrə diqqət etməli və hansı qidalardan uzaq durmalıdırlar?


Sfera.az-a bu haqda açıqlama verən "Refresh Group" MMC şirkətinin baş icraçı direktoru, qida eksperti Seymur Qafarovun sözlərinə əsasən, mövsümi qidalanma zamanı qida təhlükəsizliyi ilə bağlı bir sıra vacib məqamlara diqqət yetirmək lazımdır:


“Bunlardan ən vacibi hazır qida məhsullarına, isti və soyuq halda hazırlanan qidaların qida zənciri boyunca temperatur və qablaşdırma materiallarına diqqət yetirməkdir. İsti qidalar yaz aylarında 5-60 °C temperatur aralığında qəbul olunmalıdır. Qidanın tərkibində, xüsusən də ət məhsullarının daxili temperaturu 2 dəqiqə müddətində 72 °C olmalıdır. İsti qidalar 72-75 °C aralığında 2 dəqiqə müddətində daxili temperaturu saxlamalıdır ki, qidanın tərkibində ola biləcək mikrob riskləri tamamilə aradan qalxsın”.

 


Ekspert soyuq qidaların da saxlanma şəraiti haqqında məlumat verib:


“Soyuq qidalar 0 və 4 °C temperatur aralığında saxlanmalı, salatlar və digər soyuq qidalar hazırlandıqdan sonra bu temperaturda çatdırılmalı və saxlanmalıdır ki, soyuq zəncir prinsipi pozulmasın və tərkibində mikrob riskləri yaranmasın. Yaz aylarında xüsusən diqqət yetirməli olduğumuz məqamlardan biri allergiya riskləridir. Allergiya yarada bilən məhsullar 16 adda qəbul olunub. Bunlara xərçəngkimiləri, bəzi dəniz məhsullarını, xardal, süd, qoz, kərəviz, sulfatlar və s. misal göstərmək olar. Bu məhsullar da "Qida təhlükəsizliyi haqqında" qanunun 17.2-ci maddəsinə əsasən mütləq etiket məlumatlarında bildirilməlidir. Ya işarə şəklində, ya da allergen olan tərkib inqrediyentləri qalın şriftlə yazılmalıdır ki, istehlakçı onları seçə bilsin. Kənd təsərrüfatı məhsulları, yumurta və toyuq əti “salmonella” riski daşıya bilər. Ona görə də onları ət məhsulları ilə, yəni qırmızı ətlə eyni yerə qoymamaq, ən azı ayrı-ayrı yerlərdə saxlamaq tövsiyə olunur. Soyudulmuş məhsulları alan zaman həmin günü bişirmək məsləhət görülür. Ət məhsulları ümumiyyətlə yaxşıca qaynadılmalı, 60 °C-dən yuxarı temperaturda bişirildikdən sonra artıq ədviyyatlar, əlavələr və yağlar əlavə edilə bilər”.

 

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ