Logo

Nahardan sonra yuxunuz gəlir? - Diyetoloq bunun əsl səbəbini açıqladı

Nahardan sonra yuxunuz gəlir? - Diyetoloq bunun əsl səbəbini açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nahardan sonra yuxululuq bir çox insanda müşahidə olunur. Bəziləri bunu düyü, kartof, makaron kimi karbohidratlı qidalarla əlaqələndirir. Lakin diyetoloqlar bildirirlər ki, günorta yeməyindən sonra yaranan yorğunluğun səbəbi təkcə qida seçimi deyil.

Sfera.az xəbər verir ki, dietoloq Tatyana Eto bu barədə Braziliyanın “Terra” nəşrinə danışıb.

Mütəxəssis nahardan sonra yuxu gəlməsinin konkret məhsulların, xüsusilə də karbohidratlarla zəngin qidaların qəbulu ilə bağlı olması fikrini doğru hesab etmir. Onun sözlərinə görə, buna görə də makaron, kartof və düyüdən imtina etməyə ehtiyac yoxdur.

Diyetoloq bildirib ki, yeməkdən sonra yuxululuğa bir neçə amil təsir göstərə bilər. Bunlara porsiyanın böyüklüyü, yeməyin tərkibi, əvvəlki gecə yuxunun keyfiyyəti və insanın gündəlik rejimi daxildir.

Onun sözlərinə görə, xüsusilə çox və ağır yeməklərdən sonra orqanizm həzmlə bağlı proseslərə daha çox enerji sərf edir. Bu da insanda istirahət etmək və uzanmaq istəyini gücləndirə bilər.

Mütəxəssis vurğulayıb ki, nahardan sonra yüngül yuxululuq hər zaman narahatlıq doğuran hal deyil. Lakin bu vəziyyət həddindən artıq güclənirsə və gündəlik fəaliyyətə mane olursa, məsələni yalnız qidalanma ilə əlaqələndirmək düzgün deyil. Belə hallarda digər mümkün səbəblər də araşdırılmalıdır.

Fatimə

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR