Ürək sağlamlığını qorumağın 5 yolu- Diyetoloqdan TÖVSİYƏ

Ürək sağlamlığını qorumağın 5 yolu- Diyetoloqdan TÖVSİYƏ
Kateqoriya məlum deyil
T

Rusiyalı diyetoloq Karen Ansel ürək sağlamlığını qorumağın bir neçə vacib yolunu bölüşüb.

 

Sfera.az xəbər verir ki, onun tövsiyələri “EatingWell” jurnalında dərc edilib. Mütəxəssis ilk növbədə gündəlik qida rasionunda bitki mənşəli məhsullara üstünlük verilməsini məsləhət görür. Buraya meyvə və tərəvəzlər, qoz-fındıq, müxtəlif toxumlar və paxlalılar daxildir. Onun sözlərinə görə, bu qidalar doymuş yağ baxımından kasıb, lif baxımından isə zəngindir.

 

Bu isə qanda “pis” xolesterinin səviyyəsinin azalmasına müsbət təsir göstərir. Karen Ansel eyni zamanda oturaq həyat tərzindən uzaq durmağın vacibliyini vurğulayır. Fiziki aktivlik ürək əzələsini möhkəmləndirir, iltihab riskini azaldır, qan təzyiqini və “pis” xolesterini aşağı salır, eyni zamanda “yaxşı” xolesterinin artmasına şərait yaradır. Dietoloq sosial münasibətlərin də ürək sağlamlığına təsir etdiyini bildirib.

 

O qeyd edib ki, sosial təmasdan uzaq qalan şəxslər yaxınları ilə daha çox vaxt keçirməyə və ya yeni insanlarla tanış olmaq üçün hobbilər tapmağa çalışmalıdırlar. Hətta ev heyvanı saxlamaq da faydalı ola bilər. Bu cür amillər yüksək qan təzyiqi və ürək-damar xəstəlikləri riskini azalda bilər. Mütəxəssis əlavə edib ki, qan şəkərinin sürətlə yüksəlməsinə səbəb olan içkilərdən uzaq durmaq və siqaretdən imtina etmək də ürəyin sağlam qalması üçün mühüm şərtlər sırasındadır.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ