İmsaksız oruc metabolizmanı pozur - XƏBƏRDARLIQ

İmsaksız oruc metabolizmanı pozur - XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
T

Ramazan ayında imsakın buraxılması gün ərzində enerji itkisi, halsızlıq və maddələr mübadiləsinin pozulmasına gətirib çıxara bilər. Mütəxəssislər bildirirlər ki, düzgün planlaşdırılmış imsak menyusu həm toxluq müddətini uzadır, həm də susuzluq hissini minimuma endirir.


Sfera.az-ın məlumatına görə, Türkiyə mediasına danışan qidalanma üzrə mütəxəssis Dilara Koçak Ramazan boyunca balanslı və adekvat qidalanmanın qorunmasının vacibliyini vurğulayıb.

 

Onun sözlərinə görə, gündəlik yemək saatları dəyişsə də, qida keyfiyyətində güzəştə getmək düzgün deyil. Mütəxəssis qeyd edib ki, düzgün planlaşdırılmış qidalanma ilə Ramazan ayını həm fiziki, həm də zehni baxımdan daha rahat keçirmək mümkündür.


İmsakın əhəmiyyəti


Mütəxəssislər bildirirlər ki, “yenidən yatacağam” düşüncəsi ilə imsakdan imtina etmək və ya yalnız su içməklə kifayətlənmək gün ərzində qan şəkərinin sürətlə enməsinə, tez-tez aclıq hissinə və diqqət dağınıqlığına səbəb ola bilər. İmsak gün ərzində enerji balansının qorunmasında mühüm rol oynayır.


İmsak süfrəsində nələr olmalıdır?


Qidalanma üzrə mütəxəssislər imsak zamanı uzun müddət tox saxlayan və qan şəkərini balanslaşdıran qidalara üstünlük verilməsini tövsiyə edirlər. Zülal və lif baxımından zəngin məhsullar əsas yer tutmalıdır. Yumurta, süd, qatıq, pendir kimi zülal mənbələri, tam taxıllı çörək kimi mürəkkəb karbohidratlar və lifli tərəvəzlər imsak süfrəsinin əsas hissəsi olmalıdır.

Bundan əlavə, gündə ən azı bir porsiya meyvə qəbulunun immunitet sistemini və həzm prosesini dəstəklədiyi bildirilir. Həddindən artıq duzlu, yağlı və emal olunmuş qidalardan uzaq durmaq tövsiyə edilir. İftarla imsak arasında kifayət qədər su içmək isə orqanizmin maye balansını qorumaq baxımından vacib sayılır.

 

Mütəxəssislər vurğulayırlar ki, Ramazan ayında sağlam və balanslı qidalanma fiziki dözümlülüyün və zehni performansın qorunmasında əsas şərtlərdən biridir. İmsakın buraxılması isə ay ərzində yorğunluq və metabolik problemlərə yol aça bilər.


Mənsumə
Sfera.az

PAYLAŞ