Yatmazdan əvvəl telefona baxanlara - Ciddi XƏBƏRDARLIQ

Yatmazdan əvvəl telefona baxanlara - Ciddi XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
T

Müasir dövrdə smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib; çoxumuz gecə yatmazdan əvvəl və səhər oyanan kimi ilk olaraq telefona baxırıq. 

 

Bəs bu vərdişin sağlamlığımıza təsiri nədir?


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, oftalmoloq, professor Aylin Kılıç yatmazdan əvvəl telefonla vaxt keçirməyin fəsadlarından danışıb.

 

O bildirib ki, bu vərdiş ilk növbədə yuxu keyfiyyətinə ciddi zərər vurur. Ekspertin sözlərinə görə, gözlər qaranlığı hiss etmədikcə beyin tam istirahət rejiminə keçə bilmir.


Mütəxəssis qeyd edib ki, yuxu prosesi sadəcə gözləri yummaqla başlamır:


“Gözün daxili təbəqəsi olan torlu qişa (retina) işığı qəbul etdiyi anda beyinə "gündüz" siqnalı göndərir. Bu isə yuxu hormonu olan melatoninin ifrazını ləngidir. Xüsusilə televizor, kompüter və mobil telefonlardan yayılan mavi işıq göz tərəfindən gündüz işığı kimi qəbul edilir”.


Professorun fikrincə, televizor qarşısında yuxuya getmək, yatmazdan əvvəl telefona baxmaq və ya otaqda gecə işığı yandırmaq orqanizmin tam bərpasına mane olur. Belə hallarda insan fiziki olaraq yataqda olsa da, beyin hələ də aktiv qalır.


O, melatoninin təkcə yuxu rejimini tənzimləmədiyini də xatırladıb. Bu hormon immun sisteminin güclənməsində, hormonal balansın qorunmasında, hüceyrələrin yenilənməsində və stressin idarə olunmasında mühüm rol oynayır. Melatonin ifrazının qarşısının alınması xroniki yorğunluq, diqqət dağınıqlığı və hormonal pozuntulara səbəb ola bilər.


“Göz qapaqları bağlı olsa belə, ətrafdakı işıq torlu qişaya çatır. Elmi cəhətdən ən sağlam üsul tamamilə qaranlıq mühitdə yatmaqdır. Yataq otağı işıq keçirməməli, zərurət yarandıqda isə göz maskasından istifadə edilməlidir”, – deyə mütəxəssis tövsiyə edib.


Mənsumə
Sfera.az

PAYLAŞ