Yeməkdən sonra niyə yuxumuz gəlir? – Səbəbi AÇIQLANDI

Yeməkdən sonra niyə yuxumuz gəlir? – Səbəbi AÇIQLANDI
Kateqoriya məlum deyil
T

Kırklareli Universitetinin Qidalanma və Pəhriz şöbəsinin müdiri, professor, dr. İsmayıl Özkaya Ramazan ayında diabet və hipertoniya xəstələri üçün qidalanma və su istehlakının vacibliyini vurğulayıb. Ekspert, xüsusilə yeməkdən sonrakı yuxululuğun səbəbləri və sağlam qidalanmanın əhəmiyyətinə dair mühüm açıqlamalar verib.


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, professor Özkaya uzun müddət oruc tutan və susuz qalan şəxslərin iftar və sahurda qida seçiminə xüsusi diqqət yetirməli olduqlarını bildirib.


Yeməkdən sonra yuxululuğun səbəbi nədir?


Dr. İsmayıl Özkaya qeyd edib ki, xüsusilə diabet xəstələrinin yeməkdən sonra yuxululuq hissi yaşaması qan şəkərinin dalğalanmasından qaynaqlanır:


“Diabetin ən böyük problemlərindən biri insulinin qeyri-kafi ifrazıdır. Bu, qan şəkərinin qəfil dəyişməsinə, nəticədə isə yeməkdən sonra yuxululuq, susuzluq və halsızlıq hissinə səbəb olur”.


O, diabet xəstələrinə yeməkdən sonra ağır fiziki işlərdən qaçmağı və meyvə istehlakına diqqət yetirməyi məsləhət görüb.


Hipertoniya xəstələri üçün suyun əhəmiyyəti


Professor yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün su istehlakının həyati vacib olduğunu vurğulayıb:


“Kifayət qədər su içilmədikdə qan təzyiqi yüksəlir. İftar və sahur arasında ən azı 2 litr su içmək orqanizmin ehtiyacını ödəyəcək”.


Həmçinin, hipertoniya xəstələrinə duzlu qidalardan çəkinmək tövsiyə olunur, çünki artıq duz qan təzyiqinin qəfil artmasına səbəb olur.


Sağlam tövsiyələr


Ekspert bildirib ki, qan şəkərinin tənzimlənməsi üçün yaşıl tərəvəzlərdən və göyərtilərdən bol istifadə edilməlidir. Gün ərzində baş ağrısı və ya ürək döyüntüsü hiss edildikdə, bu, orqanizmin susuz qaldığına işarə ola bilər. Belə hallarda su balansını bərpa etmək mütləqdir.


Mənsumə 
Sfera.az

 

PAYLAŞ